image-qanunla-reklam
image-yenigundem_ada6b4a59780607f0a40b0f70885d690_0qno389gbmiw54ucthrx-620x460

Goranboyda şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün inşa edilmiş bulaq abidə kompleksi ziyarət olunub – FOTO

image-lady-day-az

Goranboy rayonu Yəhərçi Qazaxlar kəndində şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün inşa edilmiş bulaq abidə kompleksi ziyarət olunub.

Qanunla.Az xəbər verir ki, ziyarətdə Milli Məclisin deputatı Anar Məmmədov, rayon ağsaqqalları və ziyalıları, şəhid ailələri iştirak edib.

Əvvəlcə Vətən uğrunda canlarını fəda edən şəhidlərin ruhuna dualar oxunub, əziz xatirələri ehtiramla yad edilib. Daha sonra abidə kompleksinin önündə deputat Anar Məmmədov şəhid ailələri ilə görüşüb, problemləri və qayğıları ilə maraqlanaraq Goranboy rayonunda şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğının bundan sonra daimi xarakter daşıyacağını onların diqqətinə çatdırıb.
Şəhid ailələri də onlara göstərilən daimi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlığını bildiriblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki