image-qanunla-reklam
image-avtomobil

Gömrükdə müsadirə olunan “Hyunday Elantra” 800 manata satışa çıxarılır

image-lady-day-az

Əmlak Məsələləri Dövlət Xidməti gömrük hərracına çıxarılan dövlət mülkiyyətinə keçirilmiş nəqliyyat vasitələrinin hərrac vasitəsiylə satışını həyata keçirəcək.

Qanunla.az xəbər verir ki, müsadirə olunan nəqliyyat vasitələri 800 manatdan başlayır.

Satışa çıxarılan ən bahalı avtomobil isə 30 000 manata satılır.

Məsələn, 1997-ci il istehsalı olan “Hyunday Elantra” markalı minik avtomobilinin start qiyməti 800 manat təşkil edir.

Bundan başqa 1995-ci il istehsalı olan “Volkswagen Passat” 1800 manata, 2004-cü il istehsalı olan “Iveco” markalı avtobus 8 000 manata satışa çıxarılır.

Qeyd edək ki, hərrac prosesi 26 oktyabr tarixində Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında keçiriləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki