image-qanunla-reklam
image-1658902900_img_20220727_101514

Əmisinin evindən silah oğurlayan şəxs saxlanıldı

image-lady-day-az

Xızı Rayon Polis Şöbəsinə şəhər sakini Əli Hüseynovun evindən “İJ-58” markalı yivsiz ov tüfənginin oğurlanması barədə müraciət daxil olub. 

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Qanunla.Az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən qardaşının oğlu Həsən Hüseynzadə saxlanılıb. Onun həmin evdən “TOZ-17” markalı digər yivli ov tüfəngini oğurlaması da müəyyən olunub.

Tüfənglər polis əməkdaşları tərəfindən götürülüb və Ə.Hüseynov da saxlanılıb.

Hər iki şəxs barəsində qanunamüvafiq tədbir görülüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki