image-qanunla-reklam
image-mehkeme4

Dələduzluqda təqsirləndirilən şəxslər məhkəmə zalından ev dustaqlığına buraxıldı

image-lady-day-az

Dələduzluqda təqsirləndirilən şəxslər məhkəmə zalından ev dustaqlığına buraxılBir neçə vətəndaşa qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Ramil Şükürov, Koroğlu İbrahimov və Elçin Aslanlı məhkəmə zalından ev dustaqlığına buraxılıb.

Bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Həmin şəxslərin müdafiəçilərinin onların ev dustaqlığına buraxılması ilə bağlı vəsatəti təmin olunub.

Məhkəmənin növbəti iclası iyulun 5-nə təyin edilib.

Qeyd edək ki, hər üç şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda dələduzluq) maddələri ilə ittiham olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki