Kanada Latviya və Böyük Britaniyanın rəhbərlik etdiyi beynəlxalq dron koalisiyasına qoşulacaq.
Qanunla.Az xəbər verir ki, bunu Kanada müdafiə naziri Uilyam Bleyr deyib.
Onun sözlərinə görə, koalisiyanın üzvü kimi Ottava Ukraynanın dron imkanlarını gücləndirmək yollarını axtarmağa davam edəcək:
“Bu günə qədər Kanada Ukraynanın dron imkanlarının inkişafına töhfəsini əhəmiyyətli dərəcədə artıraraq, “L3 Wescam” şirkətinin istehsalı olan 100-dən çox ixtisaslaşmış dron kameralarını Kiyevə təhvil verib”.