image-qanunla-reklam
image-1709582815-65e58e8fa8df865e58e8fa8df9170954305565e58e8fa8df665e58e8fa8df7

Bu gün Od çərşənbəsidir

image-lady-day-az

Bu gün Azərbaycanda ikinci çərşənbə – Od çərşənbəsi qeyd olunur.

Qanunla.Az xəbər verir ki, ilin axır çərşənbələrindən ikincisi xalq arasında “Xəbərçi”, “Üskü”, “Addı” çərşənbə kimi tanınır.
Bu çərşənbə qədim insanların oda olan inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı yandırırlar.

Qeyd edək ki, Yel çərşənbəsi martın 12-də, ilaxır – Torpaq çərşənbəsi isə martın 19-da qeyd olunacaq. Azərbaycana yaz fəsli martın 20-si Bakı vaxtı ilə saat 07:06:21-də daxil olacaq. Martın 20-21-i Azərbaycanda Novruz bayramı qeyd olunur


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki