image-qanunla-reklam
image-blinken-netanyahu

Blinkenin təcili səfəri: İrana zərbəni müzakirə etdilər!

image-lady-day-az

İran və Hizbullahın mənə sui-qəsd cəhdini gözardı etmək olmaz.

Qanunla.Az xəbər verir ki, bu sözləri İsrail Baş nazir Benyamin Netanyahu ABŞ Dövlət katibi Entoni Blinkenlə Qüdsdə keçirilən görüşündə deyib.

İki saat yarım davam edən görüşdə Netanyahu bildirib ki, bu, diqqətdən kənarda qalmayan dramatik əhəmiyyətə malik bir məsələdir.

Tərəflər oktyabrın 1-də İranın yəhudi dövlətinə kütləvi raket hücumuna İsrailin gözlənilən cavab zərbəsini müzakirə ediblər. İsrailin həmçinin Hizbullahın Netanyahunun Qeysəriyyədəki evinin yataq otağının pəncərəsini zədələyən dron hücumuna cavab verməsi gözlənilir.

Blinken İsrailə dəstəyini bir daha ifadə edib, buna baxmayaraq, bölgədə gərginliyin azaldılması və uzunmüddətli sülh üçün çalışdıqlarını dilə gətirib.

Dövlət katibi həmçinin İsrail ordusu ilə Hizbullah arasında şiddətli münaqişənin “diplomatik həllinin” vacibliyindən danışıb.

Qeyd edək ki, bu, Blinkenin 7 oktyabr 2023-cü ildən – İsrail-HƏMAS savaşı başlayandan bəri bölgəyə 11-ci səfəridir. HƏMAS lideri Yəhya Sinvarın öldürüldüyü xəbərindən dərhal sonra Blinken regiona təcili səfər edəcəyini açıqlamışdı.

Blinkenin bu gün əvvəlcədən nəzərdə tutulan İordaniyaya səfəri ləğv edilib və Səudiyyə Ərəbistanına gedəcəyi bildirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki