image-qanunla-reklam
image-prezident-2

Bizim işimiz haqq işidir və bizim işimizi Azərbaycan xalqı dəstəkləyir

image-lady-day-az

Bizim işimiz haqq işidir və bizim işimizi Azərbaycan xalqı dəstəkləyir.

Müzəffər Ali Baş Komandanımız, Prezident İlham Əliyevin ölkənin inkişafı və xalqın firavan həyatı uğrunda titanik fəaliyyəti Azərbaycan xalqının öz Liderinə, dövlətə və dövlətçiliyə olan inam və etimadını daha da artırır. Mətin xalqımız Heydər Əliyev İdeyalarına xidmət edən İlham Əliyev siyasətini ürəkdən bəyənir, yüksək qiymətləndirir və “Dəmir yumruq” ətrafında sıx birləşib.

Məhz bu monolit birliyin nəticəsidir ki, Azərbaycan xalqı öz Liderinin bir tapşırığı ilə 30 ildən artıq düşmən tapdağında olan tarixi torpaqlarını 44 günə geri qaytardı. Müzəffər ordumuz düşmənin başını əzdi və qisasını döyüş meydanında aldı. Xalq öz gücü ilə işğal altında olan torpaqlarını azad etdi və Möhtəşəm Zəfərə nail oldu. Azərbaycan xalqı 30 il davam edən danışıqlardan sonra öz gücünü ortaya qoydu, ədaləti bərpa etdi, beynəlxalq hüququ bərpa etdi və bütün dünyaya sübut etdi ki, biz böyük xalqıq və heç vaxt Azərbaycan xalqı işğalla barışmayacaq.

Tarixi Zəfərdən sonra ilk dəfə azad Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Zəfər Qurultayının keçirilməsi çox qürurvericidir. Bundan sonra Azərbaycan xalqının müzəffər xalq kimi, dövlətimizin isə qalib dövlət kimi yaşamağa haqqı var. Qarabağ münaqişəsinin həll edilməsini özünün başlıca vəzifəsi hesab edən Prezident cəna İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sürətlə aparıldı və Azərbaycan müasir orduya malik oldu. Gənc nəsil vətənpərvərlik, düşmənə nifrət, Vətənə sədaqət ruhunda tərbiyə olundu, həyatın bütün sahələrində köklü islahatlar aparıldı. Vətənpərvər gənclərimiz döyüş meydanında mənfur düşmənə sinə gərərək onları tarixi torpaqlarımızdan qovdu və Zəfərimizi təmin etdi. Yəni, münaqişəyə son qoyan qəhrəman Azərbaycan əsgəri oldu. Müharibənin son günlərində Şuşada sıldırım qayalara dırmaşaraq bizim qəhrəman əsgərlərimiz, zabitlərimiz demək olar ki, əlbəyaxa döyüşlərdə topla, tankla, artilleriya ilə silahlanmış Ermənistan ordusuna qalib gəldilər. Döyüşlər zamanı Ermənistan ordusunda kütləvi fərarilik hökm sürürdü. Özlərinin etirafına görə, Ermənistan ordusunda 10 min fərari olmuşdur. Azərbaycan Ordusunda bir dənə də fərari olmamışdır. Budur, xalqımızın böyüklüyü, xalqımızın qələbəyə inamı, xalq-iqtidar birliyi və bütün dünya azərbaycanlılarının birliyi.

Bu gün xalq-iqtidar birliyinin nəticəsidir ki, ölkəmiz dinamik inkişaf edir, işğaldan azad olunmuş torpaqlarımızda sürətli və geniş miqyaslı quruculuq işləri aparılır. Günümüzün reallığı deməyə əsas verir ki, biz bundan sonra ancaq və ancaq güclənəcəyik. Postmüharibə dövrü bu reallığı bir daha göstərdi. Həm ərazilərin bərpası, həm beynəlxalq müstəvidə addımlarımız bizim birliyimizi və gücümüzü dünyaya bəyan etdi. Bu gün xalqımız cəsur və qəhrəman xalq kimi tanınır.

Azərbaycan xalqı öz ali rəhbərinə inanır, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətə alternativ görmür. Məğrur xalqımız həyata keçirilən, səmərəli, məqsədyönlü daxili və xarici siyasət kursunun uğurlu nəticələrini yüksək dəyərləndirir. Xalqın öz Liderinə inamı və Xalq-İqtidar birliyi isə Azərbaycanı yüksəlişə, yeni qələbələrə və parlaq gələcəyə aparır.

Zərdab Rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Leyla Əliyeva

 

 

Aşıq Ələsgərin yaradıcılığı Azərbaycan xalqının ürəyində böyük bir iz buraxmışdır ki, 200 il keçəndən sonra yenə də o, görkəmli şəxsiyyət, vətənpərvər insan, öz xalqını, Vətənini sevən insan kimi xalqımızın yaddaşında yer tutub.

Bildiyimiz kimi Aşıq Ələsgər Azərbaycanın ən görkəmli xalq ozanlarından biridir. Onun yaradıcılığı bizim üçün çox dəyərlidir. O ömürünün çox hissəsini  qədim Azərbaycanın Göyçə mahalinda yaşamışdır .Yalniz 97 yaşında öz doğma torpaqlarını tərk etməyə məcbur olur. Bunun səbəbi isə ermənilərin həyata keçirdiyi etnik təmizləmədir. Bu təmizləmə 1918-ci ildə həyata keçmişdir və tarixdə Azərbaycanlilarin ilk deportasiyası olaraq daxil olmuşdur. Təəssüfki xalqımız bundan sonra                           2 deportasiyaya daha məruz qalmışdı. İkinci deportasiya isə 1948-1953-cü illərdə həyata keçirilmişdi. Aşıq Ələsgər isə ailəsi ilə birlikdə qonşu Kəlbəcər rayonuna köçmüşdür. Ancaq doğma Vətən, onu yenə də Göyçə mahalına çəkirdi. Təqribən üç ildən sonra öz doğma Ağkilsə kəndinə qayıtmış və bir neçə ildən sonra elə öz yurdundada  vəfat etmişdir.

Onun yaradıcılığını əbədiləşdirmək üçün hələ 1970- ci illərdə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə onun 150 illik yubleyi  həyata keçirilmişdi. Bu müasibətlə onun doğulduğu və yaşadığı Ağkilsə kəndində abidəsi ucaldılmışdı.Təəssüflər olsunki deportasiyanın üçüncü dalğası yəni 1988-1990-cı illərdə bu abidə erməni vəhşiləri tərəfindən dağıdılmışdır. Bu dövrdə Qarabağda  və Şərqi Zəngəzurda bir çox abidə məscid və görkəmli şəxsiyyətlərimizin abidələri dağıdılmışdır.

Aşıq Ələsgərin yaradıcılığı Azərbaycan xalqının ürəyində böyük bir iz buraxmışdır ki, 200 il keçəndən sonra yenə də o, görkəmli şəxsiyyət, vətənpərvər insan, öz xalqını, Vətənini sevən insan kimi xalqımızın yaddaşında yer tutub. 97 yaşında öz torpağından köçməyə məcbur olmuş insan 100 yaşında  bütün təhlükələrə baxmayaraq yenə də öz vətəninə qayıtmışdır. Görkəmli şəxsiyyətimiz aşıq Ələsgərin həyatı və yaradıcıllığı hamı üçün örnək olmalıdır.

Üç il əvvəl yəni 2021-ci ildə Aşıq Ələsgərin adının əbədiləşdirilməsi üçün Prezident cənab İlham Əliyev tərəfindən iki Sərəncam imzalanmışdı. Bir Sərəncam əsasında Aşıq Ələsgərin 200 illik yubileyi dövlət səviyyəsində qeyd edildi. İkinci Sərəncam əsasında  isə onun abidəsinin   ucaldılması məsələsi nəzərdə tutulurdu. Biz ümid edirik ki gələcəkdə Aşıq Ələsgərin doğulub böyüdüyü və yaradıcılığına böyük ilham olan Qərbi Azərbaycan torpaqlarını bir gün ziyarət edəcəyik. Və orada yenidən Aşıq Ələsgərin abidəsini ucaldacağıq.

Zərdab şəhər 2 nömrəli tam orta məktəbin müəllimi Ülkər Sadıqova  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki