image-qanunla-reklam
image-img-20231027-wa0018

Birliyin 4 müxtəlif kənddən olan abonentləri “Açıq mikrofon”da bir araya gəldi

image-lady-day-az

Həftənin sonuncu “Səyyar qəbul otağı”na Astara rayonunun Səncərədi, Deqədi, Şahağac və Şiyəkəran kəndlərindən olan sakinlər qatılıb.

Qanunla.Az xəbər verir ki, müxtəlifyönümlü müraciətlərin sayı 16 olub. Sayı müraciətlərin məğzinə görə bölsək, 2 nəfər yeni yaşayış massivinin, 3 sakin isə fərdi yaşayış evinin qazlaşdırılmasını, 4 nəfər sayğacla qaz xəttinin yerinin dəyişdirilməsini, 2 nəfər küçə qaz xəttinin çəkilməsini və 5 nəfər işlə təmin olunma barədə xahiş edib. Lənkəran RQİİ-nin rəhbər şəxsləri ünvanlanan bütün müraciətləri aidiyyəti üzrə yönləndirilməsi üçün qeydiyyata alıb.

Aksiyanın davamı kimi şəhid ailəsinin fərdi yaşayış evinin qazlaşması ilə bağlı müraciətinə yerində baxış keçirilib. Rayonun Nurupaşa küçəsində yerləşən fərdi yaşayış evinin Birliyin daxili imkanları hesabına qazlaşdırılması qərara alınıb.

image-img-20231027-wa0018 image-img-20231027-wa0017 image-img-20231027-wa0020 image-img-20231027-wa0019 image-img-20231027-wa0021


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki