image-qanunla-reklam
image-1594498840-modern-az_caylar-1_132

Bəzi çaylarda sululuq ARTIB

image-lady-day-az

“2 iyun saat 9-a əsasən, gecə saatlarında yağan yağışların nəticəsində respublikanın bəzi çaylarında sululuğun artımı müşahidə olunub”.

Bu barədə “Qanunla.az”a Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib.

Onun sözlərinə görə, Masallı rayonunun ərazisindən axan Viləşçayda suyun səviyyəsi 3 sm, Tovuz rayonu ərazisindən axan Zəyəmçayda 2sm, Göygöl rayonu ərazisindən axan Gəncəçayda isə 2 sm artım müşahidə olub.

“Gecə saatlarında yağan yağışlar nəticəsində Türyançay və Göyçay çaylarında suyun səviyyəsinin kəskin artması nəticəsində Zərdab rayonu ərazisindən axan Qarasuçayda suyun səviyyəsi 35 sm artıb və bunun nəticəsində Kür çayının Zərdab məntəqəsində də suyun səviyyəsində 71 sm artım müşahidə olunub. Yaxın günlər ərzində Kür çayının aşağı axınında suyun səviyyəsinin artımı gözlənilir”, – o deyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki