Paytaxtın Xəzər rayonunun Şüvəlan qəsəbəsində axtarışda olan şəxsin saxlanılması məqsədilə keçirilən əməliyyat zamanı həlak olan polislərlə vida mərasimi keçirilib.
Qanunl.Az xəbər verir ki, vida mərasimində Daxili İşlər Nazirliyinin rəhbərliyi və şəxsi heyəti iştirak edib.
Həlak olan polis əməkdaşları – polis kapitanı Eldəniz Məmmədov, polis serjantı Mahir Ağayev və polis serjantı Mirəli Heydərov bu gün torpağa tapşırılacaq.