image-qanunla-reklam
image-1710058882-bina-1

Bakıda 14 yaşlı qız 12-ci mərtəbədən yıxılaraq öldü

image-lady-day-az

Bakı şəhər Nəsimi rayonu ərazisində yeniyetmə qızın ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

Qanunla.Az  qafqazinfo-ya istinadən xəbər verir ki, Akademik Feyzulla Qasımzadə küçəsi, bina 25 ünvanında yerləşən “Gözəl Bakı” yaşayış kompleksində 2010-cu il təvəllüdlü Şeyla S. (şərti adlı) 12-ci mərtəbədə yaşadığı mənzilin eyvanından yıxılıb.

14 yaşlı qız hadisə yerində dünyasını dəyişib.

Hadisənin ehtiyatsızlıq səbəbindən baş verdiyi bildirilir.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki