image-qanunla-reklam
image-1713279567_1713278908577258710_1200x630

Babasından qalan odlu silahı polisə könüllü təhvil verdi

image-lady-day-az

Cəlilabad rayon sakini babasından qalan odlu silahı polisə könüllü təhvil verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Qanunla.Az-a verilən məlumata görə, Cəlilabad rayon sakini olan bir nəfər babasından qalmış bir ədəd “İJ-26” markalı ov tüfəngini könüllü şəkildə polisə təhvil verib.

Bundan əlavə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsi istiqamətində keçirdikləri profilaktiki tədbirlər nəticəsində rayon sakinləri 1 ədəd “AK-74” markalı avtomat silahı, 28 ədəd patronu və 3 ədəd ov tüfəngini könüllü şəkildə polisə təhvil veriblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki