image-qanunla-reklam
image-9f7ccb30-6e42-30fe-b56c-0f91ec5187d7_850

Azərbaycanda güclü təsir edən maddələri satanlara 10 il həbs cəzası veriləcək

image-lady-day-az

Azərbaycanda güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi ilə məşğul olanlar 10 il həbs ediləcək.

Qanunla.az bildirir ki, bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik təklif olunur.

Dəyişikliklə Cinayət Məcəlləsinin (240-cı maddə: Güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi) 240.1, 240.2 və 240.3-cü maddələrində nəzərdə tutulmuş əməllər güclü təsir edən maddələrə münasibətdə xüsusilə külli miqdarda törədildikdə altı ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki