image-qanunla-reklam
image-1657704247-1490862564-3458_1507271834

Azərbaycanda DƏHŞƏTLİ QƏTL: Kişi arvadının başını kəsdi

image-lady-day-az

Tovuzda qətl hadisəsi baş verib.

“Qanunla.az”ın məlumatına görə, hadisə rayonun Əlibəyli kəndində qeydə alınıb. Kənd sakini 1992-ci il təvəllüdlü Nicat Əhmədov həyat yoldaşı Nuranə Əhmədovanın başını kəsərək öldürüb. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, hadisə ilə bağlı Tovuz Rayon Polis Şöbəsinin və rayon prokurorluğunun nümayəndələri həmin ünvana gələrək müvafiq araşdırmalar həyata keçirib:

“Qətli törətməkdə şübhəli bilinən rayon sakini Nicat Əhmədov saxlanılaraq istintaqa təhvil verilib. Tovuz rayon prokurorluğunda cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki