image-qanunla-reklam
image-ff1443f7390d632614923b5d217ed15a

Azərbaycan üçün Qazaxıstan qardaş ölkə və strateji tərəfdaşdır

image-lady-day-az

Azərbaycan üçün Qazaxıstan qardaş ölkə və strateji tərəfdaşdır.

Azərbaycanın sıx, tarixi əlaqələrə malik olduğu türk dövlətlərindən biri də Qazaxıstandır. Məlumdur ki, Azərbaycan və qazax xalqları arasında mövcud olan tarixi, mədəni və dini ortaqlıqlar iki ölkə arasında əlaqələrin əsasını təşkil edir. Ölkələrimizin ənənəvi dostluq və qardaşlıq əlaqələri qədim tarixə malikdir. Azərbaycanla Qazaxıstan strateji tərəfdaş ölkələr kimi beynəlxalq arenalarda fəaliyyət göstərir və əməkdaşlıq edirlər. Bu ölkələrin dostluğunun əsasını qarşılıqlı əlaqələr təşkil edir. Bu gün Azərbaycan-Qazaxıstan əlaqələri yeni mərhələyə daxil olub. Hər iki ölkə türk dövlətləri təşkilatı çərçivəsində çox sıx əməkdaşlıq edir və bir-birini dəstəkləyir. Azəzrbaycan və Qazaxıstan xüsusu ilə nəqliyyat dəhlizlərinin inkişafı, yükdaşımaların həcminin artırılması istiqamətində sıx əməkdaşlıq edir.

Martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Azərbaycan-Qazaxıstan sənədlərinin imzalanması mərasimi oldu.Bu sənədlərin imzalanması, bundan sonra da hər iki xalqın və dövlətin münasibətlərinin güclənməsinə öz töhfəsini verəcəyinə deməyə əsas verir. Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana rəsmi səfəri və səfər çərçivəsində dövlət başçılarının iştirakı ilə mühüm əhəmiyyətli Azərbaycan-Qazaxıstan sənədlərinin imzalanması heç şübhəsiz ki, iki ölkə münasibətlərinin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə səbəb olacaq. Bunu Azərbaycan-Qazaxıstan münasibətlərinin ən yeni mərhələnin təməli kimi də qiymətləndirmək olar.

Ümumiyyətlə, Azərbaycan və Qazaxıstan prezidentlərinin son illər qarşılıqlı yüksəksəviyyəli səfərləri ikitərəfli münasibətlərə müsbət təsirini göstərib. İki dövlət arasında münasibətlərin dinamikası Prezidentlərin qarşılıqlı səfərlərinin xronologiyasından aydın görünür. Azərbaycanla Qazaxıstan arasında mənəvi bağların, habelə dövlət başçıları arasında şəxsi dostluq münasibətlərinin də rolunu ayrıca qeyd etmək lazımdır. Qazaxıstan Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib və həm 44 günlük İkinci Qarabağ müharibəsi dönəmində, həm də lokal antiterror əməliyyatı zamanı ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasını bizim təbii-tarixi hüququmuz kimi qiymətləndirib. Müharibədən sonrakı dönəmdə də rəsmi Astana ölkəmizə mənəvi, siyasi dəstəyini davam etdirib, işğaldan azad olunan ərazilərdə bərpa-abadlıq prosesinə qoşulmağa hazır olduğunu bildirib. Kasım-Jomart Tokayevin şəxsi təşəbbüsü ilə Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin inşası baş tutub. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi bu, Qazaxıstanın Azərbaycana qardaş köməyidir, bu, Qazaxıstanın Azərbaycana hədiyyəsidir və azad edilmiş ərazilərin bərpasına dəstəyidir. Bu mərkəz dostluğumuzun və qardaşlığımızın mərkəzi olacaq.

Azərbaycan və Qazaxıstanın sıx dostluq və müttəfiqlik münasibətlərinə malik olması Şərqi Asiya ilə Avropa arasında qlobal əməkdaşlıq üçün yol açır. İnanırıq ki,Qazaxıstan və Azərbaycan birlikdə böyük uğurlara imza atacaq.

Zərdab rayon Gəlmə kənd tam orta məktəbinin direktoru-Rasif Qaçayev

 

 

Azərbaycanla Qazaxıstan arasında parlamentlərarası əlaqələr də uğurla inkişaf edir.

Azərbaycan Mərkəzi Asiya ölkələri, o cümlədən regionun Türk dövlətləri ilə münasibətlərə mühüm əhəmiyyət verir. Son illər Prezident cənab İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, region dövlətlərinin başçılarının isə Azərbaycana səfərləri müntəzəm xarakter alıb. Bu isə təbii olaraq ölkələrarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına gətirib çıxarıb. Azərbaycanın sıx, tarixi əlaqələrə malik olduğu Türk dövlətlərindən biri də Qazaxıstandır.

Martın 11-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Azərbaycan-Qazaxıstan sənədlərinin imzalanması mərasimi olmuşdur. Xarici siyasətimizin uğuru kimi sevindirici haldir ki, Azərbaycan-Qazaxıstan əlaqələri yeni mərhələyə daxil olub. Hər iki ölkə türk dövlətləri təşkilatı çərçivəsində çox sıx əməkdaşlıq edir və bir-birini dəstəkləyir. Bu gün Azərbaycan və Qazaxıstan xüsusu ilə nəqliyyat dəhlizlərinin inkişafı, yükdaşımaların həcminin artırılması istiqamətində sıx əməkdaşlıq edir. Səfər zamanı Azərbaycan və Qazaxıstan Respublikaları arasında əməkdaşlığın daha da inkişafı və dərinləşdirilməsi üçün xüsusi əhəmiyyət kəsb edən sənədlərin imzalanması, bundan sonra da hər iki xalqın və dövlətin münasibətləriminin güclənməsinə öz tövhəsini verəcəyini deməyə əsas verir.

Azərbaycan-Qazaxıstan münasibətlərin əsasını xalqlarımız arasında çoxəsrlik tarixə malik olan qarşılıqlı əlaqələr, dostluq və əməkdaşlıq təşkil edir. Lakin, eyni zamanda, bu günün tələbidir. Cənab İlham Əliyevin vurğuladığı kimi, “Qazaxıstan ilə qardaşlıq münasibətləri əcdadlarımızın göstərişi, eləcə də həyati zərurətdir”. Azərbaycanla Qazaxıstan strateji tərəfdar olan ölkələrdir. Beynəlxalq arenalarda fəaliyyət göstərir və əməkdaşlıq edirlər. Bu ölkələrin dostluğunun əsasını qarşılıqlı əlaqələr və əməkdaşlıq təşkil edir. Azərbaycanla Qazaxıstan arasında parlamentlərarası əlaqələr uğurla inkişaf edir. Hər iki ölkənin qanunverici orqanlarında dostluq qrupları fəaliyyət göstərir. Azərbaycanla Qazaxıstan münasibətləri qədim tarixə malikdir. Hər iki ölkə eyni kökə, mədəniyyətə, ənənələrə malik xalqlardır. Astanada mərkəzi küçələrdən birinin Ulu öndər Heydər Əliyevin adını daşıması, eyni zamanda Füzuli şəhərində qazax xalqının böyük oğlu Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması təşəbbüsü iki xalq arasında qarşılıqlı möhkəm dostluğun nümunəsidir.

Azərbaycan Prezidentinin dünyadakı nüfuzu onu göstərir ki, Azərbaycan türkdilli ölkələrlə, xüsusilə qardaş ölkələrlə münasibətlərə çox böyük önəm verir. Bu gün də biz Qazaxstanla olan münasibətlərimizdə müsbət tendensiyanın şahidi oluruq. Biz inanırıq ki, bu münasibətlər gələcəkdə də ən yüksək səviyyədə inkişaf edəcək.

Zərdab rayon Salahlı kənd ümumi orta məktəbinin direktoru-Rəşad İsmayılov

 

 

Azərbaycan Mərkəzi Asiya ölkələri, o cümlədən regionun Türk dövlətləri ilə münasibətlərə mühüm əhəmiyyət verir.

Azərbaycan Mərkəzi Asiya ölkələri, o cümlədən regionun türk dövlətləri ilə münasibətlərə mühüm əhəmiyyət verir. Son illər prezident cənab İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, region dövlətlərinin başçılarının isə Azərbaycana səfərləri müntəzəm xarakter alıb. Bu isə təbii olaraq, ölkələrarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına gətirib çıxarıb. Dövlətimizin başçısı cənab İlham Əliyev hər zaman qeyd edir ki, bizim başqa ailəmiz yoxdur, bizim ailəmiz Türk dünyasıdır. Azərbaycan Mərkəzi Asiya ölkələri, o cümlədən regionun Türk dövlətləri ilə münasibətlərə mühüm əhəmiyyət verir. Azərbaycanın sıx, tarixi əlaqələrə malik olduğu türk dövlətlərindən biri də Qazaxıstandır. Azərbaycan və qazax xalqları arasında mövcud olan tarixi, mədəni və dini ortaqlıqlar iki ölkə arasında əlaqələrin əsasını təşkil edir. Ölkələrimizin ənənəvi dostluq və qardaşlıq əlaqələri əsrlərə söykənir. Dövlət başçılarının sıx münasibətləri ölkələrimiz arasında əlaqələrə mühüm töhfə verir, ikitərəfli əməkdaşlığın yüksələn xətlə inkişafına və daha da güclənməsinə xidmət edir. Azərbaycan və qazax xalqlarını, əsrlərlə davam edən əməkdaşlıq, qarşılıqlı əlaqələr, iqtisadi-siyasi münasibətlərlə bərabər, bu dövlətlərin rəhbərlərinin bir-birlərinə olan dostluq, qardaşlıq duyğuları, istəkləri də birləşdirib və bu münasibətlər günümüzdə özünün ən yüksək mərhələsindədir. Ümumiyyətlə, Azərbaycan və Qazaxıstan prezidentlərinin son illər qarşılıqlı yüksək səviyyəli səfərləri ikitərəfli münasibətlərə müsbət təsirini göstərib.

Zərdab rayon Əlibəyli kənd tam orta məktəbinin direktoru-Kəmalə Əliyeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki