image-qanunla-reklam
image-7e84a347e8-dovletciliyimizin-musteqilliyimizin-remzi

Azərbaycan bayrağı, sadəcə rəsmi atribut deyil, milli kimliyimizin və müstəqillik uğrunda apardığımız mübarizənin rəmzidir

image-lady-day-az

Azərbaycan bayrağı, sadəcə rəsmi atribut deyil, milli kimliyimizin və müstəqillik uğrunda apardığımız mübarizənin rəmzidir

Azərbaycanın üçrəngli bayrağı Konstitusiyanın 23-cü maddəsi və 2018-ci il “Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında”  Konstitusiya Qanunu ilə rəsmi şəkildə tənzimləndi. 2004-cü il 8 iyun tarixli “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Qanuna əsasən Dövlət bayrağının istifadəsinə dair tələblər və məhdudiyyətlər müəyyən edildi. Bu qanun, Dövlət Bayrağının istifadəsi ilə bağlı tələbləri və məhdudiyyətləri müəyyən edtməklə yanaşı, bayrağın yalnız dövlət orqanlarında deyil, vətəndaşların həyatında da xüsusi yer tutmasını hədəfləyir. Bayrağa hörmətsiz yanaşma qanunla məsuliyyətə səbəb olur və hər bir Azərbaycan vətəndaşının bayrağa ehtiram göstərməsi tələb olunur.

Ulu Öndər Heydər Əliyev Dövlət Bayrağımızı xalqın ruhunun və dövlətin simvolu kimi dəyərləndirmiş, onun hər bir evdə, hər bir ailədə xüsusi yer tutmasını vacib hesab etmişdir. Ümummilli Liderin  dediyi kimi, “Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik”. Bu sevgi, milli kimliyimizi və dövlətçilik dəyərlərimizi qorumağın ən ali ifadəsidir.

44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilən torpaqlarda ilk qaldırılan rəsmi simvol məhz Dövlət Bayrağımız oldu. Prezident İlham Əliyevin rəhbərliyi altında bu tarixi Qələbə, üçrəngli bayrağımızın işğaldan azad olunan hər bir bölgədə dalğalanması ilə nəticələndi. Azərbaycan hərbiçiləri hər bir kəndi və şəhəri işğaldan azad edərkən, üçrəngli bayrağımızı yüksəkdə dalğalandıraraq ərazi bütövlüyümüzü və milli suverenliyimizi təsdiq etdilər. Hər bir yüksəldilən bayraq işğaldan azad olunmuş torpaqlarımızda Azərbaycanın varlığının təntənəsidir və bu bayraq dalğalanmağa davam etdikcə, bu torpaqların əbədi olaraq Azərbaycanın ayrılmaz hissəsi olduğunu bir daha göstərir.

Azərbaycan bayrağı, sadəcə rəsmi atribut deyil, xalqımızın keçmişdən gələcəyə uzanan qürur dolu yolunun, milli kimliyimizin və müstəqillik uğrunda apardığımız mübarizənin rəmzidir. Hər birimiz bu bayrağın altında birləşərək, onun ucalığını və mənasını qorumalı, gələcək nəsillərə bu qürur hissini ötürməliyik.

Dövlət Bayrağı Günü münasibətilə hər bir azərbaycanlını təbrik edir, ölkəmizin daim müstəqil, güclü və firavan olmasını arzulayıram.


Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki