image-qanunla-reklam
image-azal677

“AZAL vətəndaşlara daha çox seçim imkanı yaratmalıdır” – Yeni Prezident nələrə diqqət etməlidir?

image-lady-day-az

“AZAL-ın yeni prezidenti bir kənara, yeni idarəetməsində vətəndaş olaraq əsas bizi nə maraqlandırır? Rahat və əlverişli şərtlərlə səyahət etmək. Əlverişli şərtlərin içinə həm qiymət, həm zaman, həm də xidmətin keyfiyyəti, təhlükəsizlik və digər şərtlər daxildir ki, insanlar rahat səyahət edə bilsinlər. Məsələlərə kompleks baxmaq lazımdır. Niyə AZAL-ın üzərinə daha çox yük düşür? Çünki AZAL təkcə hava nəqliyyatı şirkəti deyil, həm də hava limanlarının sahibidir. Hava limanlarının işinin daha yaxşı təşkilini, aviareyslərin giriş-çıxış imkanlarını, şərtləri kontrol edir. Təbii ki, bu məsələlərdə AZAL-ın tək olması mümkün deyil. Ən yaxşı şəkildə çalışmaq istəsə də, bəzi məsələlər kompleksdir. Yəni hazırda Azərbaycana turist gəlmək istəmirsə, bu, təkcə AZAL-ın problemi deyil. Məsələn, Tiflisə gəlirlər, bizə gəlmirlər. Halbuki Gürcüstan bizdən iki dəfə balaca ölkədir, amma ora gələn turist sayı bizdən iki-üç dəfə daha çox olur. Bu, niyə əhəmiyyətli məqamdır? Çünki müxtəlif hava nəqliyyatı şirkətlərini, hava limanlarını seçəndə turist axınına önəm verirlər. İşləri təşkil edərkən “Bakıya tursit gəlir, ya gəlmir?” kimi məqamları nəzərə alaraq qərar verirlər. Bu da vacib amillərdən biridir. Bir sözlə, hər şey AZAL-lıq deyil”. 

Bu sözləri iqtisadçı-ekspert Xalid Kərimli deyib.

Azərbaycanda satılan brilyantlar saxtadır? - AÇIQLAMA Pravda.az

O bildirib ki, hava limanlarının daha yaxşı işləməsi üçün, xüsusən, regional aeraportların işlək vəziyyətə gəlməsi vacibdir: “Müxtəlif “low-coster”lər, tranzitlər regional aeraportlardan keçsə, Gəncə, Lənkəran, Qəbələ, Zaqatala kimi şəhərləri saysam, 10-11 hava limanımız olacaq. Daha çox təyyarə şirkətlərinin Azərbaycana cəlbi vacibdir ki, uçuşlarını buradan həyata keçirsinlər. Bütün bu məqamlar bizim gözləntilərimizidir. Uçuşlar çox olanda rəqabət də artacaq, onda artıq əlverişli qiymətlərdən danışa biləcəyik”.

Ekspert təklif edib ki, AZAL vətəndaşlara daha çox seçim imkanı yaratmalıdır: “Standartlaşdırılmış məhsullar yox, seçimlər olsun. Məsələn, vətəndaş 7 kiloluq əl və ya kompüter çantası ilə rahat yolunu getmək istəyirsə, ondan 23 kiloqramlıq baqajın, yaxud 10 kiloluq kabin baqajının pulunu almasınlar. Vətəndaş özü seçsin ki, hansı məhsulu istəyir, qiymətlər də buna görə diferensiallaşsın. Sərnişin Bakıdan Tbilisiyə 1 saatlıq uçacaqsa, yeməyin verilib-verilməmə seçimini qoysunlar, vətəndaş özü qərar versin ki, yemək seçsin, ya yox. Bunların hamısı qiymətə təsir edən məqamlardır. İstifadə etmədiyiniz məhsulu məcburi şəkildə alırsınızsa, qiymət də şişir. Bu baxımdan, AZAL-ın öz məhsullarının, xidmətlərinin – baza məhsuldan premiuma qədər diferensiallaşmasını istəyirik ki, daha çox imkanlar olsun. Başqa ölkələrə tranzitlərlə getməliyik. Bakının özü tranzit şəbəkəsinə çevrilsə, çox rahat şəkildə dünyanın müxtəlif ölkələrinə uça bilərik. Məcburi surətdə istədiyimiz şəhərə getmək istəyiriksə, tranzitlərdən istifadə edəndə əlavə xərclər əmələ gəlir. Nəticədə, əlverişli biletlərin tapılmaması problem olur. Eyni zamanda səyahət uzun davam edir, insanlar tranzitlərdə əziyyət çəkirlər, saatlarla gözləməyə məcbur qalırlar. Bakının yerləşdiyi məkan da çox yaxşıdır. Şərqlə Qərbin arasındadır. İstanbuldan daha əlverişli məkandayıq. Hindistana, Çinə gedən təyyarələr Bakıda dayansınlar. İndi isə Çinə gedən vətəndaşımız Bakıdan İstanbula 2-3 saata uçur, oradan da Çinə gedir. Belə məqamlar var. Ümumilikdə, əsas məqam hava limanlarının daha yaxşı, işlək vəziyyətə gətirilməsidir. Hətta lazımdırsa, ilkin məqamda hava limanından istifadə qiymətlərini çox aşağı tutub güzəştli şərtlərlə təyyarə şirkətlərinin cəlbi barədə danışa bilərik. Hərçənd AZAL-ın özü “gül” deyil, amma ən qəşəng “gül” olsa da, “bir güllə bahar olmur””.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki