image-qanunla-reklam
image-maxresdefault

Avropa İttifaqı seçkilərin keçirilməsi ilə əlaqədar obyektiv bəyanat vermişdir

image-lady-day-az

Keçirilmiş seçkilərə dair beynəlxalq rəy. Avropa İttifaqı seçkilərin keçirilməsi ilə əlaqədar obyektiv bəyanat vermişdir

Növbədənkənar seçkilərin keçirilməsinin əsas səbəbi ölkədə aparılan sistemli islahatları dərinləşdirmək və Milli Məclisin fəaliyyətini daha təkmil şəkildə təşkil etmək idi .Avropa İttifaqı seçkilərin keçirilməsi ilə əlaqədar obyektiv bəyanat vermişdir. “Avropa İttifaqı yeni seçilmiş deputatlarla, Azərbaycan parlamenti ilə işləməyə hazırdır” – Aİ tərəfindən verilmiş bu qiymət, seçkilərin tanınması deməkdir.Altıncı çağırış Milli Məclis çoxpartiyalı məclisdir, bu mənada siyasi sistemin təkmilləşdirilməsi işində Milli Məclisin böyük rolu vardır. Bütün siyasi qüvvələr rəqabət mühitində keçirilmiş seçkilərdə iştirak ediblər. Müxalifət partiyalarının nümayəndələri altıncı çağırış Milli Məclisin rəhbərliyində və komitələrin rəhbərliyində təmsil olunur. Sözügedən fakt Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün böyük əhəmiyyətə malikdir.Qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılır. Çoxpartiyalı sistemin inkişafı naminə siyasi partiyaların fəaliyyəti üçün lazım olan bütün alətlər spektri mövcudur. Ölkədə aparılan islahatlar həm konseptual xarakter, həm də struktur xarakteri daşıyır. Kadr islahatları aparılır.

Yeni tərkibdə formalaşmış Milli Məclis islahatlara yeni təkan verəcəkdir. Deputatlar qarşısında böyük vəzifələr durur, ilk növbədə, qanunvericilik sahəsində. Çünki parlamentin əsas işi qanunvericilikdir. Siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır. İqtisadi islahatlarımızın dərinləşməsi işinə töhfə verən qanunlar qəbul edilməlir. Milli dəyərlərimizlə və onların qorunması ilə bağlı qanunvericilik bazası daha da möhkəmlənir. Azərbaycan sosial dövlətdir və atılan bütün addımlar bunu təsdiqləyir. Minimum əməkhaqlarının, minimum pensiyaların müntəzəm olaraq qaldırılması böyük iqtisadi mənbə tələb edir. Ölkəmizdə şəffaflıqla bağlı gedən proseslər, kölgə iqtisadiyyatına qarşı olan proseslər bizim iqtisadi imkanlarımızı gücləndirir, vergi bazasını genişləndirir, kölgə iqtisadiyyatına qarşı çox ciddi zərbə vurur.Azərbaycan əhalisinin mütləq əksəriyyəti gənclərdir və Azərbaycanda demoqrafik mənzərə çox müsbətdir. Düzgün aparılan kadr siyasəti həm də bir növ ölkənin strateji ehtiyatlarının idarə edilməsi deməkdir. Bu gerçəkliklərin fonunda Azərbaycanda son vaxtlar dövlət aparatının strukturu və funksiyaları optimallaşdırılıb, dövlət hakimiyyəti orqanlarının kadr potensialının peşəkar səviyyədə inkişafının idarəetmədə səmərəliliyinin artırılması təmin olunub. Məhz Prezident cənab İlham Əliyev tərəfindən son dövrlərdə aparılan struktur və kadr islahatları iqtisadiyyatımızın güclənməsinə, regionların sosial-iqtisadi inkişafının daha da sürətlənməsinə stimul verməkdədir.

Rasim Hüseynov-Zərdab rayonu Hüseynxanlı kəndi, Zərdab RİH yanında fəaliyyət göstərən ictimai nəzarət şurasının sədri

 

 

 

Qanunvericilik hakimiyyətinin fəaliyyətini təkmilləşdirmək və sağlam siyasi münasibətlərin bərqərar olunmasına xidmət edən sistemli islahatlar

2020-ci il martın 10-da altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iclasda iştirak edib. İclas zamanı Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Milli Məclisin qocaman deputatı Ziyad Səmədzadə və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxış etmişdir. Növbədənkənar Parlament seçkilərinin keçirilməsinin əsas məqsədi Milli Məclisin fəaliyyətinin daha da dərinləşdirilməsi və ölkədə aparılan islahatların dərinləşməsidir. Keçirilmiş seçkilərə dair Avropa İttifaqı obyektiv bəyanat vermiş, yeni seçilmiş deputatlarla və Azərbaycan parlamenti ilə işləməyə hazır olduğunu bildirdi. Seçkilərin nəticəsi olaraq Azərbaycanda çoxpartiyalı sistem daha da inkişaf edəcək, qanunvericilik sisteminin təkmilləşdirilməsi sahəsində lazımi addımlar atılacaqdır. Bunun üçün öncəliklə siyasi sistemin formalaşdırılması naminə yeni qanunlar qəbul edilməli, yeni islahatlar həyata keçirilməlidir. Bu islahatlar çərçivəsində minimum əməkhaqlarının, minimum pensiyaların müntəzəm olaraq qaldırılması xüsusi önəm daşıyır.

Bütün bunlarla yanaşı ölkə əhalisinin mütləq əksəriyyətini gənclər təşkil edir və bu da gənclərlə bağlı yeni layihələrin yaradılmasını və gənclər siyasətinin təkmilləşdirilməsini tələb edir. Gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, onların asudə vaxtlarının səmərəli təşkili, milli mənəvi dəyərlərə sadiq ruhda böyüməsi, xarici təsirlərə düşməməsi əsas prinsiplərdir.

Günel Əlizadə – Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktor əvəzi

 

 

 

Siyasi plüralizmin təzahürü olan çoxpartiyalı parlament

Azərbaycan dövləti müstəqil siyasət yürüdərək qloballaşan dünyada apardığı islahatların məntiqi olaraq böyük nüfuz sahibidir. İnsanların firavanlığının təmin olunmasına hədəflənmiş geniş islahatlar, uğurlu xarici siyasət, ölkənin müdafiə qüdrətinin gücləndirilməsi, sabitlik və təhlükəsizlik kimi amillər məhz dövlət başçısının həyata keçirdiyi siyasət nəticəsində reallığa çevrilib. 2020-ci il fevralın 9-da Azərbaycanda Milli Məclisə azad, demokratik və şəffaf şəraitdə keçirilən seçkilər ölkə vətəndaşlarının mütləq əksəriyyətinin dövlət başçısının yürütdüyü siyasəti qətiyyətlə dəstəkləməsinin daha bir təzahürü idi. Seçkilərin fevral ayında keçirilməsinin əsas səbəbi islahatları dərinləşdirmək, vaxt itirmədən yeni tərkibdə Milli Məclisin işini təşkil etmək idi. Onu da xüsusi olaraq qeyd etməliyik ki, növbədənkənar parlament seçkilərinin təyin olunması ölkəmizdə aparılan çoxşaxəli və sistemli islahatların məntiqi davamı idi. Parlament seçkilərinin nəticələri bütün demokratik normalara tam cavab vermiş oldu. Beynəlxalq təşkilatlar da seçkilərin nəticələrini hesabatlarında yüksək dəyərləndirmişdilər.

Demokratiyanın təməl anlayışlarından hesab olunan çoxpartiyalılıq prinsipi mövcud parlamentin formalaşmasında özünü göstərdi. Ali qanunvericilik orqanının rəhbərliyində, spiker və onun müavinlərinin, o cümlədən komitə sədrlərinin seçilməsində həm bitərəf, həm də azlıqda olan partiyaların nümayəndələri təmsil olunublar. Altıncı çağırış Milli Məclisin fəaliyyətinin ən mühüm istiqaməti əlbəttə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən quruculuq işlərinin hüquqi bazasını daha da təkmilləşdirmək və möhkəmləndirməkdir. Artıq həmin zamandan dörd il ötür. Demokratik şəraitdə keçirilən azad və ədalətli seçkilər ölkəmizin demokratik quruculuq tarixində yeni səhifə açmış oldu. Martın 10-da altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirildi və həmin iclasda Azərbaycan Prezidenti cənab İlham Əliyev dərin məzmunlu çıxışında olduqca vacib məsələlərə toxunaraq öz tövsiyələrini vermişdir. “Son illər ərzində biz müxtəlif təzyiqlərlə, müxtəlif kampaniyalarla üzləşmişik, ancaq öz yolumuzdan dönməmişik. Ölkəmizin, xalqımızın əmin-amanlığı, təhlükəsizlik, sabitlik, xalqımızın rifahı, müstəqil siyasətimiz bizim üçün hər şeydən üstündür”, – deyən cənab Prezident ölkəmizin inkişaf tempinə də nəzər salıb. Bildirib ki, istənilən tərəflə müqayisə etmək üçün kifayət qədər arqumentlərimiz var, təhlükəsizlik, əmin-amanlıq, inkişaf, sosial rifah, azadlıqlar. Ona görə parlament bu məsələlərlə ciddi məşğul olmalıdır və əminəm ki, olacaq: “Bu seçkilər bir daha göstərdi ki, bu gün Azərbaycan iqtidarı tərəfindən aparılan siyasi kursa alternativ yoxdur. Bunun da çox sadə səbəbləri var. Son illər ərzində ölkəmizdə müşahidə olunan inkişaf, əlbəttə ki, insanları inandırır. Azərbaycan xalqı əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşayır.”

Emil Kamilov – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ direktoru

 

 

Demokratik ənənələrin dərinləşməsinə xidmət edən təcrübə

2020-ci il fevralın 9-da Azərbaycanda Milli Məclisə azad, demokratik və şəffaf şəraitdə keçirilən seçkilər ölkə vətəndaşlarının mütləq əksəriyyətinin dövlət başçısının yürütdüyü siyasəti qətiyyətlə dəstəkləməsinin daha bir təzahürü idi.Təbii ki, seçkilərin nəticələri də reallaşan, görülmüş işlərin təzahürüdür. Çünki bu gün həm təhlükəsizlik, həm də sabitlik təmin edilib. Azərbaycanda həyata keçirilən inqilabi xarakter daşıyan islahatların sırasında yer alan növbədənkənar parlament seçkilərinin nəticəsi ölkəmizin davamlı tərəqqisinə hesablanan hədəflərə çatmaqda öz sözünü demişdir. Prezident cənab İlham Əliyevin deputatların xüsusilə beynəlxalq fəaliyyəti ilə bağlı dəyərli məsləhətləri onları daha məsuliyyətli olmağa, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında daha fəal olmağa ruhlandırdı. Milli Məclisdə təmsil olunan partiyaların məsuliyyət yükünün artırılmasına xidmət edən amillərə diqqət çəkən cənab Prezident siyasi islahatların zəruriliyinə nəzər salaraq bildirib ki, Yeni Azərbaycan Partiyası ümumi maraqlar naminə bu sahədə də çox düzgün addım atır. Milli Məclisdə təmsil olan partiyaların nümayəndələrinin parlament rəhbərliyində təmsil olunması siyasi sistemdə partiyaların yerini və rolunu artırmaq yolunda atılan cəsarətli addımın başlanğıcı oldu.

Cənab Prezident Milli Məclisin deputatlarının qarşısında duran vəzifələrlə bağlı dəyərli tövsiyələrini vermişdi. Cənab Prezident tarixi nitqində qeyd etmişdir ki, deputatlar səmərəli qanunvericilik fəaliyyəti ilə yanaşı, seçicilərlə də daim ünsiyyətdə olmalı, onların problemlərinin həlli ilə məşğul olmalıdırlar. Parlament xalqın maraqlarını ifadə etməli, qayğılarına diqqət göstərməlidir. Dövlət başçısının dəyərli tövsiyələri, göstərilən etimad böyük məsuliyyət hissini artırmış oldu. Qanunvericilik sahəsində deputatlar qarşısında böyük vəzifələrin durduğunu diqqətə çatdıran cənab Prezident daha çox keyfiyyətə fikir verilməsini tövsiyə etmişdi .Azərbaycan Prezidenti cənab İlham Əliyevin proqram xarakterli nitqi gələcəyə hədəflənmişdir və bu gün ötən dövr ərizində ölkəmizin qazandığı nailiyyətlər deməyə əsas verir ki, ölkəmizdə həyata keçirilən islahatlar, eləcə də dünyada və regionumuzda baş verən proseslər ölkəmizin nüfuzunu daha da artırıb.

Nağıyev Abbas –Zərdab rayon Dəli Quşçu kənd sakini, ağsaqqal


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki