image-qanunla-reklam
image-balta12

Arvadını baltalayan şəxsə 14 il həbs cəzası verildi

image-lady-day-az

Lənkəran Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla qəsdən öldürməyə cəhddə təqsirləndirilən Şəhriyar Niyazovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Qanunla.az-ın əldə etdiyi məlumata görə, hakim Nizami Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Şəhriyar Niyazov 14 il müddətinə azadlıqdan məhrum edilib.

Şirvan Apellyasiya Məhkəməsi isə onun apellyasiya şikayətini təmin etməyib.

İttihama görə, hadisə 21 oktyabr 2022-ci il tarixdə, saat 03 radələrində Cəlilabad rayonunun Qarazəncir kəndində qeydə alınıb.

Belə ki, Şəhriyar Niyazov qısqanclıq zəminində arvadı Sahibə Məmmədovanı (şərti) qısqanclıq zəminində balta ilə baş və boyun nahiyələrinə xəsarətlər yetirib. Hadisə Sahibənin anasının gözü qarşısında olub.

Xəstəxanaya çatdırılan Sahibə Məmmədovanın həyatını xilas etmək mümükün olub.

Şəhriyar Niyazovun barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla qəsdən öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki