image-qanunla-reklam
image-4130_1697374282

Antiterror əməliyyatı cəmi 23 saat davam etdi

image-lady-day-az

Antiterror əməliyyatı cəmi 23 saat davam etdi.

Ermənistan ordusunun qanunsuz addımları Azərbaycanı antiterror tədbirlərini görməyə təhrik etdi.  Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması artıq ardıcıl xarakter almışdı. Həmçinin ərazilərimizin minalanmasının davam etdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılması gərginliyin artmasına səbəb oldu

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz Qarabağda keçirilən lokal antiterror tədbirləri nəticəsində erməni hərbi birləşmələrini diz çökdürdü. Cəmi 23 saat davam edən antiterror əməliyyatı Azərbaycanın gücünü düşmənə, eləcə də onların havadarlarına  göstərdi və yenə də düşmən ağ bayraq qaldıraraq təslim oldu.

Vətən müharibəsindən ötən son üç il ərzində rəsmi İrəvan Azərbaycan tərəfinin bütün səmimi sülh çağırışlarını cavabsız qoyaraq, qəbul etdiyi öhdəliklərin icrasını ləngitməyə, gələcək revanşist iddialarının gerçəkləşəcəyi ümidi ilə status-kvonu saxlamağa və beləliklə, iki ölkə arasında sülh müqaviləsinin reallaşmamasına çalışırdı.

Ordumuzun yüksək peşəkarlıqla həyata keçirdiyi lokal antiterror tədbirləri otuz ildir Ermənistanın himayə etdiyi qondarma rejimin, hərbi xuntanın, terrorçuların girovuna çevrilmiş Qarabağın etnik erməni əsilli azlıqlarının da xilasına, onların ölkəmizin digər etnik azlıqları kimi tam hüquqlu vətəndaşlar olaraq dinc, sülh və təhlükəsiz şəkildə azad həyata qovuşmasına, reinteqrasiyasına da xidmət edir, onların yolunu aydınladır.

Ümummilli Lider Heydər Əliyevin “Azərbaycan dünyaya günəş kimi doğacaqdır” kəlamı bu gün artıq tam reallaşıb. Bəli, bu müqəddəs kəlamın məntiqi davamı olaraq bu gün ölkəmiz Ulu Öndərin siyasi xəttini layiqincə davam etdirən Prezident cənab İlham Əliyevin liderliyi sayəsində öz ərazi bütövlüyünü, suverenliyini tam bərpa edən və inkişaf edən bir dövlət kimi öz şəfəqləri ilə onu sevməyən qüvvələrin gözünü qamaşdırır. Onun bütün sahələr üzrə davamlı inkişafı dostda güvən, düşməndə qorxu yaradır.

Zərdab Rayon Həsən bəy Zərdabi muzeyinin direktoru  Vəfa Bayramova

 

 

 

Bütün amillərin vəhdəti Qələbəmizi təmin etdi.

Vətən müharibəsində qazanılan parlaq qələbə, işğalçı Ermənistanın tam şəkildə kapitulyasiyaya uğradılması azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaqdır. Əlbəttə, müharibənin qələbə ilə başa çatmasını şərtləndirən bir sıra fundamental amilləri sadalamaq mümkündür. Prezident cənab İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca amilidir.

Vətən müharibəsindəki parlaq Qələbəmizin mənbəyində dayanan əsas amillərdən biri də cəmiyyətimizin monolitliyi və həmrəyliyidir. Ölkəmizdəki güclü Prezident-xalq-ordu vəhdəti xarici təzyiqləri dəf etməyə və müharibəni qələbə ilə başa çatdırmağa imkan verdi. Məlum olduğu kimi, döyüş meydanında acı məğlubiyyətlə üzləşən Ermənistan ordusu bunun əvəzini mülki infrastrukturu, şəhər və kəndlərimizi atəşə tutmaqla çıxmağa çalışırdı. Qarşı tərəf düz üç dəfə razılaşdırılmış humanitar atəşkəs rejimini pozdu. Azərbaycan Ordusu döyüş meydanında böyük rəşadət və şücaət nümayiş etdirdi. Beləliklə, cənab İlham Əliyevin yenilməz siyasi iradə və qətiyyəti, Ordumuzun gücü və xalqımızın öz rəhbəri ətrafında bir amal uğrunda səfərbərliyi Vətən müharibəsində Azərbaycanın parlaq qələbəsini şərtləndirən əsas amillər oldu.
Bu Qələbə həqiqətlərə də yeni işıq saldı. Belə ki, ordumuz döyüş meydanındakı əməliyyatları ilə dünyanın hərb tarixində yeni nümunələr yaratdı.

Vətən müharibəsi onu da təsdiq etdi ki, işğalçı dövlət Azərbaycanla hərb meydanında mübarizə aparmağa qadir deyil. İşğal siyasətinin qurbanı olan Ermənistan 30 il əvvəl necə idisə, elə də qalıb və inkişaf baxımından bir addım belə addımlaya bilməyib. Ermənistanın məğlubedilməz ordusunun olması barədə deyilənlər tamamilə əfsanə imiş. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Ermənistanın məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi ilk gündən dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi.
Prezident cənab İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa edən lider kimi adını əbədi olaraq tarixə yazdırdı. Azərbaycan xalqının qalibiyyət salnaməsinin müəllifi olan İlham Əliyev Vətən müharibəsinin qəhrəmanına çevrildi. Ona görə də həm hərb meydanında, həm də siyasi-diplomatik sferada qalib olan Prezident, Ali Baş Komandan İlham Əliyev ən ali dövlət təltiflərinə layiqdir.

Zərdab Rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Leyla Əliyeva

 

 

Keçmiş Minsk qrupunun 28 illik fəaliyyəti ərzində nəticə sıfra bərabər idi.

Təəssüf ki, 28 il ərzində Minsk Qrupunun nəticəsi sıfıra bərabərdir. Dövlətimizin başçısı bir daha bütün dünyaya artıq öz təsdiqini tapmış həqiqəti bəyan edərək bildirdi ki, Azərbaycan beynəlxalq hüquqa, BMT-nin Nizamnaməsinə, o cümlədən hər bir ölkənin özünümüdafiə hüququna malik olmasını nəzərdə tutan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq münaqişəni özü həll edib və artıq Qarabağ münaqişəsi nizamlandığına görə Minsk qrupunun xidmətinə heç bir ehtiyac yoxdur. İkinci Qarabağ müharibəsi sona çatmaqla həm də bir sıra prosesə xitam verildi. Onlardan biri “status-kvo” məsələsi, digəri isə münaqişənin həlli üçün yaradılmış ATƏT-in Minsk qrupu idi. Artıq hər ikisi tarixin arxivinə gömülüb. Savaşın qalibi, Müzəffər Ali Baş Komandan İlham Əliyev böyük Zəfərdən sonra bəyan etdi ki, artıq Qarabağ münaqişəsi, “status-kvo” yoxdur. Yaradıldığı vaxtdan müharibəyədək regiona yalnız turist səfərləri edən həmsədrlərin “fəaliyyətini” isə konkret olaraq belə qiymətləndirdi. 3 diplomatın 28 illik fəaliyyəti sıfıra bərabərdir. Yəni üç həmsədr 25 illik fəaliyyət dövründə münaqişənin nizamlanması istiqamətində ədalətli həll paketi təqdim edə bilmədilər. Amma işğalçı Ermənistana Qarabağda törətdiyi təxribatlara görə bir dəfə də olsun sanksiya tətbiq edilmədiyi halda, Azərbaycana qarşı illərlə ikili standartlar prinsipi yürüdüldü, təzyiqlər edildi. Bunu görən işğalçı dövlət də cəzasızlıq mühitindən yaxşıca yararlandı.
44 günlük Vətən müharibəsində isə Azərbaycan öz gücü ilə bütün məsələlərə son qoydu və bu gün diktəni Qalib Komandan kimi İlham Əliyev edir.

Ancaq reallıq budur ki, bu dəfə Qərbin istədiyi olmayacaq. Azərbaycana qarşı ikili standartların tətbiqi, təzyiq, təhdid dili ilə danışmaq mümkün deyil. Minsk qrupu, Prezident cənab İlham Əliyevin söylədiyi kimi, keçmişdə qaldı, Azərbaycan onun bərpa edilməsinə imkan verməyəcək. Minsk qrupunun fəaliyyətinin bərpası cəhdi Azərbaycan üçün qəbuledilməzdir. Ölkəmizə qarşı yeni vahid cəbhənin yaradılmasının qarşısı qətiyyətlə alınacaqdır. 30 illik işğal dövrü geridə qalıb. 44 günlük müharibədən sonra yeni reallıqlar yaranıb, indi regionda diktəni İlham Əliyev edir və Azərbaycan cəmiyyətində bu mövzu ilə bağlı tam həmrəylik mövcuddur.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Xanım İmanova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki