image-qanunla-reklam
image-3wgd8ckz23_24-1

Qoşulmama Hərəkatının üzv dövlətləri Azərbaycan xalqının ədalətli mübarizəsini dəstəkləyib

image-lady-day-az

Qoşulmama Hərəkatının üzv dövlətləri Azərbaycan xalqının ədalətli mübarizəsini dəstəkləyib.

İyunun 30-da Heydər Əliyev Mərkəzində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransı işə başlayıb.
Azərbaycan 2011-ci ildən bu təşkilata üzv qəbul olunmuşdur. Üzv qəbul olduğu müddət ərzində ölkəmiz beynəlxalq hüququn norma və prinsiplərini qətiyyətlə müdafiə etməkdə böyük nüfuz qazanmışdır.

Qoşulmama Hərəkatı bəşəri dəyərlərin təbliğinə xidmət edir və bütün ölkələrin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə sadiqliyini nümayiş etdirir. Bütün bu prinsiplər Azərbaycanın xarici siyasəti və təməl prinsipləri  ilə üst-üstə düşür.

2016-cı ildə keçirilmiş XVII Zirvə Görüşündə növbəti sammitin Bakı şəhərində keçirilməsi və 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi ölkəmizə göstərilən hörmətin, inam və etibarın nümayişidir. Bu etimad dünya ölkələrinin əksəriyyətini  öz sıralarında birləşdirən hərəkatın bizim siyasətimizə verdiyi dəstəkdir.

Hərəkata üzvlük, həmçinin beynəlxalq sülh, təhlükəsizlik və əməkdaşlığa dair proseslərə ölkəmizin daha yaxından cəlb olunmasına şərait yaratmışdır.

 

Mayisə Xəlilova

Zərdab rayon Dəkkəoba kənd tam orta məktəbin direktor müavini.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki