image-qanunla-reklam
image-639393

Ölkəmizin Qoşulmama Hərəkatında sədrliyi COVID-19 ilə üst-üstə düşdü və Azərbaycan beynəlxalq arenada bu xəstəliklə mübarizədə öz rolunu fəal oynayan ölkələrdən biri idi

image-lady-day-az

Ölkəmizin Qoşulmama Hərəkatında sədrliyi COVID-19 ilə üst-üstə düşdü və Azərbaycan beynəlxalq arenada bu xəstəliklə mübarizədə öz rolunu fəal oynayan ölkələrdən biri idi.

 

Prezidentimiz cənab İlham Əliyevin uğurlu və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan təkcə regionun lideri olmaqla bərabər, eyni zamanda  artıq dünyada söz sahibi olan ölkələrdən birinə çevrilmişdir. Dünyanın mühüm təşkilatlarından biri Qoşulmama Hərəkatı kimi nüfuzlu beynəlxalq təşkilatın sədri olması və üzərinə düşən missiyanı uğurla yerinə yetirməsi, beynəlxalq təşkilatlarda göstərdiyi qətiyyətli mövqe nəticəsində böyük dövlətlər Azərbaycanla artıq daha sıx tərəfdaşlıq etmək niyyətində olduqlarını bəyan ediblər. Ölkəmizin Qoşulmama Hərəkatında sədrliyi COVID-19 ilə üst-üstə düşdü və Azərbaycan beynəlxalq arenada bu xəstəliklə mübarizədə öz rolunu fəal oynayan ölkələrdən biri idi. 2020-ci ilin əvvəlində COVID-19 pandemiyasına məruz qaldığı dövrdə Azərbaycan Hərəkatda sədrliyinə məsuliyyətlə yanaşaraq pandemiya nəticəsində yaranmış təhdidlərə vaxtında və adekvat cavab verilməsi üçün ciddi səylər göstərdi. Belə ki, 2020-ci ildə pandemiyanın dünyanı əsarətə götürdüyü bir vaxtda ilk dəfə olaraq Prezidentimiz cənab İlham Əliyev tərəfindən COVİD-19-la bağlı BMT çərçivəsində Xüsusi iclasın keçirilməsi təklif edilmişdi.

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövrü üçün müfəssəl və ambisiyalı qlobal fəaliyyət planı hazırlaması, lakin COVİD-19 pandemiyasının dünyanı bürüməsi, yeni vəziyyətə Azərbaycanın cəld və adekvat reaksiyası, Azərbaycan pandemiyaya qarşı qlobal səylərin səfərbər edilməsi istiqamətində irəli sürdüyü beynəlxalq təşəbbüslər Prezident İlham Əliyevin dövlətimizin nüfuzunu yüksəlməsi istiqamətində uğuru kimi səciyyələndirilir.

 

Sevinc İmanova – Zərdab şəhər sakini, həkim


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki