image-qanunla-reklam
image-5eff96c29ed60_ugvih0twfmconpgxwb2k_0p4e3_hwacx

Beynəlxalq nəqliyyat qovşağı

image-lady-day-az

Beynəlxalq nəqliyyat qovşağı

Son illər dünyanın hər yerində beynəlxalq yükdaşımaları sahəsində rəqabət daha da yüksəlib. Bu da onu göstərir ki, ölkələr arasında əlaqələrin məzmunu keyfiyyət dəyişikliklərinə məruz qalsa da, ticari və iqtisadi dəhlizlərin əhəmiyyəti öz aktuallığını qoruyub saxlayır. Belə şəraitdə böyük tranzit potensialına malik Azərbaycan müşahidəçi mövqeyində dayana bilməz. Prezident cənab İlham Əliyevin qarşıya qoyduğu əsas məqsədlərdən biri də ölkəmizin tranzit mərkəzinə çevrilməsini tam təmin etməkdir.
Tarixi “İpək yolu”nun keçdiyi Azərbaycanın yerləşdiyi ərazi bütün dövrlərdə Avropa və Asiyanı, ən uzaq dövlətləri birləşdirən, strateji ticari-iqtisadi dəhlizlərin qovuşduğu məkanlardan biri olub. İndinin özündə də Azərbaycan bir sıra ətraf ölkələrlə müqayisədə təbii üstünlüklərə malikdir. Belə ki, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin ən əlverişli kəsişməsində yerləşir və bu baxımdan, geostrateji mövqeyə malikdir. Bunu nəzərə alaraq ölkəmizdə nəqliyyat infrastrukturunun inkişafı, tranzit potensialının artırılması istiqamətində bir sıra irimiqyaslı layihələr həyata keçirilib, bu sahəyə irihəcmli dövlət investisiyaları yönəldilib. Bakıda və ölkənin digər regionlarında beynəlxalq hava limanlarının, beynəlxalq əhəmiyyətli avtomobil yollarının tikintisi, dəmir yolu xətlərinin və təyyarə parkının yenilənməsi xarici iqtisadi əlaqələrin genişlənməsində mühüm rol oynayır. Bunlar Azərbaycanın tranzit potensialını və tranzit daşımalarında iştirak imkanlarını genişləndirir və ən əsası bütün yollar Azərbaycanda birləşir.

Kamal Xəlilov
Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki