image-qanunla-reklam
image-3b2cef5f064aaf1d2b83c55c01fb8b01

Ordumuzun qüdrətini artıran xalq-ordu birliyi

image-lady-day-az

Ordumuzun qüdrətini artıran xalq-ordu birliyi

Azərbaycan xalqının haqq yolunda mübarizədə doğru yolda addımladı. 44 günlük Zəfər mübarizəmizdə qəhrəman ordumuzla yanaşı bizim arxa cəbhədə fəaliyyət göstərən sadə vətəndaşlarımız, ziyalılarımız da həmişə əsgərlərimizə ruh yüksəkliyi verməklə bizim öz torpaqlarımızda olduğumuzu, mənfur ermənilərin saxta, yalan məlumatlarla indiyə qədər dünya ictimaiyyətini aldatmasını sübut edirdilər.

Bizi qələbəyə çatdıran əsas formul isə xalq-ordu birliyi oldu. İstər müharibə dövründə, istərsə də müharibədən sonra xalqımızda olan birliyi heç bir xalqda görmədim. “Dəmir yumruq” olub, düşmənin başını əzdik.

Dünyanın harasında olmasından, harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz dövləti, onun zəfərləri ilə haqlı olaraq qürur duyur, azərbaycanlı olmağı ilə fəxr edir. Bu xoşbəxtliyi, bu qüruru bizə Prezident İlham Əliyev və güclü Azərbaycan Ordusu yaşatdı. Bu qələbə Azərbaycan xalqının birliyini bütün dünyaya nümayiş etdirdi.

Zərdab rayon Gəncliyə Dəstək İctimai birliyin sədri Vəfa Xəlilli


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki