image-qanunla-reklam
image-0000000000000000000000000000000000000000000000000000000000000jpg-1655813153

Özbəkistan ölkəmizin ərazi butövlüyünün bərpası işində Azərbaycanı dəstəkləyib

image-lady-day-az

Özbəkistan ölkəmizin ərazi butövlüyünün bərpası işində Azərbaycanı dəstəkləyib.

 

Eyni soya, ortaq tarixə və mədəniyyətə, eyni zamanda ortaq milli adət-ənənələrə malik olan Azərbaycan və Özbək xalqları arasındakı dostluq tarixin dərin qatlarına gedib çıxır. Özbək xalqı hər zaman Azərbaycan ədəbiyyatına, mədəniyyətinə böyük maraq göstərmiş, azərbaycanlı ədiblərdən bəhrələnmiş, N.Gəncəvi, M.Füzuli, İ.Nəsimi kimi mütəfəkkirlər təbliğ olunmuşdur. Hələ orta əsrlərdən başlayaraq böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin əsərləri özbək dilinə tərcümə edilmiş, özbək ədəbiyyatında və ədəbiyyatşünaslığında Nizami ənənələri xüsusi rol oynamışdır.Azərbaycan və Özbəkistan dövləti arasındakı bu gün özünün yüksək inkişaf səviyyəsinə çatmış ədəbi-mədəni əlaqələr xüsusilə Ulu Öndərimiz Heydər Əliyevin Sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə inkişaf etdirilib. Azərbaycan və Özbəkistan dövlət müstəqilliklərini əldə etdikdən sonra tarixi dostluq və qardaşlıq münasibətləri inkişaf etdirilmiş və uzun illərin sınağından çıxaraq bugünkü səviyyəyə gəlib çatmışdır.

Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdə qardaş ölkələr arasındakı münasibətlər daha da dərinləşmişdir. Bu dövrdə siyasi, diplomatik əlaqələr, iqtisadi münasibətlərlə paralel olaraq əbədi-mədəni əməkdaşlıq da yüksələn xətlə inkişaf etmişdir.

Bu gün Azərbaycan bütün türk dövlətləri, o cümlədən Özbəkistanla ən yüksək səviyyədə diplomatik əlaqələrin qurulmasında və inkişaf etdirilməsində bölgənin lider dövləti kimi təşəbbüs göstərir.

44 günlük Vətən müharibəsindəki parlaq qələbəmizlə artıq tarixdə qalmış Qarabağ münaqişəsini Özbəkistan dövləti Azərbaycan dövlətinin ədalətli mövqeyi kimi hər zaman dəstəkləmişdir. Qürurvericidir ki, Özbəkistan artıq azad Qarabağdakı quruculuq işlərinə qoşulmuşdur. Azad Qarabağda aparılan bərpa, quruculuq işlərinə qardaş özbək xalqı və Özbəkistan dövləti daha böyük töhvələr verəcəkdir.

 

Zərdab rayonu Əlibəyli kənd tam orta məktəbin müəllimi Rüstəmova Aliya


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

image-huquq-az-logo