image-qanunla-reklam
image-16558038914835039425_1000x669

Müstəqil siyasət kursu

image-lady-day-az

Müstəqil siyasət kursu

Prezident cənab İlham Əliyev ölkəyə rəhbərlik etdiyi ilk gündən Azərbaycanın müasir dövlətə çevrilməsini və tam müstəqil siyasət yürütməsini milli ideyanın başlıca hədəfi kimi müəyyənləşdirib. Dövlət başçısı Azərbaycanı qüdrətli ölkəyə çevirmək məqsədini sadəcə deklarativ bəyanatlarla ifadə etmir, onun konkret icra mexanizmlərinin müəyyənləşdirilməsi istiqamətində də mühüm addımlar atır.Fəaliyyətini daim ictimai inam və etimadı doğrultmaq məramı üzərində quran, hakimiyyətin mütəmadi olaraq gördüyü işlərlə bağlı xalqa hesabat verməsini idarəçilikdə mütərəqqi ənənə kimi formalaşdıran cənab İlham Əliyev respublikamızın iqtisadi müstəqilliyini də möhkəmləndirib. Tarix sübut edir ki, iqtisadi müstəqilliyini təmin edə bilməyən ölkələr tezliklə hansısa təşkilatlardan, dövlətlərdən aldıqları yardımlara görə forposta çevrilirlər. Bu da həmin ölkələrin tam müstəqil siyasət yürütmələrini konkret olaraq məhdudlaşdırır.Lakin cənab İlham Əliyevin yaratdığı iqtisadi müstəqillik Azərbaycanı etibarlı tərəfdaşa, böyük nüfuza malik olan bir ölkəyə çevirib. Azərbaycanın həm də bir çox ölkələrlə bərabərhüquqlu, konstruktiv münasibətləri mövcuddur.

Kamal Xəlilov

Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

image-huquq-az-logo