image-qanunla-reklam
image-yenigundem_67e85b48a568d6fedd73b5cb7818ab31_v3qi9yk5ptlu78gn2mzw-620x460

Deputat: Şuşa bəyannaməsi bu müttəfiqliyin və qardaşlığın bir nümunəsidir

image-lady-day-az

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanmasından artıq bir il müddət ötür. Bu sənəd iki qardaş ölkə arasında münasibətləri ən yüksək zirvəyə çatdırdı. Ötən müddət ərzində sənəd hər iki ölkənin parlamentləri tərəfindən ratifikasiya olundu.

Qanunla.Az xəbər verir ki, məsələ ilə bağlı Milli Məclisin deputatı Sevinc Hüseynova bildirib ki, Şuşa bəyannaməsi iki qardaş ölkənin tarixində çox mühüm sənəddir.

“Dünyada qardaş xalqlar çoxdur, amma bu qardaşlığı müttəfiqlik səviyyəsinə qaldırmaq elə də asan bir məsələ deyil. Ancaq Azərbaycan və Türkiyə bu məsələdə dünya üçün bir nümunədir. Şuşa bəyannaməsi bu müttəfiqliyin və qardaşlığın bir nümunəsidir”, – deyə deputat bildirib.

S.Hüseynova vurğulayıb ki, bu gün iki qardaş ölkə arasındakı münasibətlər möhkəm təməllərə əsaslanır. “Hazırda münasibətlərimiz böyük öndər Mustafa Kamal Atatürkün dediyi “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir” və Ümummilli Liderimiz Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” fəlsəfəsinə uyğun olaraq inkişaf edir. “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” iki qardaş ölkə arasında əməkdaşlığın strateji yol xəritəsidir. Bu sənəd tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək strateji tərəfdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələrini daha da sarsılmaz edir”, – deyə deputat əlavə edib.

O qeyd edib ki, Şuşa Bəyannaməsi iqtisadi əlaqələrin daha da genişlənməsinə imkan yaradır, Vətən müharibəsindən sonra bölgədə yaranmış əməkdaşlıq platformlarının, o cümlədən enerji, kommunikasiya, nəqliyyat platformalarının səmərəli və sürətli həyata keçirilməsinə böyük təkan verəcək və regionda olan bütün ölkələrin maraqlarına xidmət edəcək çünki hər bir ölkə yaradılmış bu əməkdaşlıq platformasından iqtisadi dividentlər əldə edəcəklər.

S.Hüseynova bildirib ki, iki qardaş ölkə arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir çox sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir.

“Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının bütün sahələr üzrə davamlı inkişaf etdirilməsinə nail olan Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlərdə də əsl qardaşlıq nümayiş etdirmələri olduqca dəyərlidir”, – deyə deputat əlavə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki