image-qanunla-reklam
image-22d872a3-999e-44f8-aba3-3230b1e365a8_w408_r1_s

Heydər Əliyev siyasəti qüdrətli Azərbaycanı yeni zirvələrə daşıyır

image-lady-day-az

Heydər Əliyev siyasəti qüdrətli Azərbaycanı yeni zirvələrə daşıyır

Azərbaycanda dövlətçilik ənənələrinin XX əsrin sonlarında bərpa edilib zənginləşdirilməsi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, onun beynəlxalq nüfuzunun sürətlə artması Ümummilli lider Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olmuşdur. Ulu öndər Heydər Əliyev öz müdrik rəhbərliyi, siyasi uzaqgörənliyi, qətiyyəti və əzmkarlığı ilə zəmanəmizin görkəmli siyasi xadimi kimi tanınmış, Azərbaycan xalqının Ümummilli liderinə çevrilmişdir. Azərbaycanın hərtərəfli inkişafı üçün onun hazırladığı strateji istiqamətlər hələ uzun illər müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsi və gücləndirilməsi, iqtisadi qüdrətinin artırılması, xalqımızın layiq olduğu xoşbəxt həyata qovuşması işinə xidmət edəcəkdir.Bu gün Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş uğurlu siyasi xətt Prezident cənab İlham Əliyev tərəfindən uğurla və yüksələn xətlə davam etdirilir, ölkəmiz dinamik inkişaf edən, demokratik, sosial-iqtisadi sahədə böyük nailiyyətlər qazanan, yüksək beynəlxalq nüfuza malik bir məkana çevrilmişdir. Qazanılan bütün uğurlar Ümummilli lider Heydər Əliyev siyasi kursuna dönməz xarakter verən və həmin kursu bu gün irəlidəki böyük hədəflərə doğru yüksək ləyaqətlə, inam və qətiyyətlə aparan Prezident cənab İlham Əliyevin düşünülmüş siyasətinin və geniş miqyaslı əməli işlərinin məntiqi nəticəsidir.

Bahar Qurbanova

Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki