image-qanunla-reklam
image-2d146c1d07c782ac3be46e680ea83aca_800

Ulu Öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi

image-lady-day-az

Ulu Öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi.

1993-cü il iyun ayında müstəqil Azərbaycanın rəhbərliyinə qayıdan, məsuliyyətli bir missiyanı çiyinlərinə götürməkdən çəkinməyən Ulu Öndər Heydər Əliyevin qısa zamanda dövlətçiliyin xilasına, ictimai-siyasi sabitliyin, qanunçuluğun, hüquq qaydalarının bərpasına, iqtisadi tənəzzülün qarşısının alınmasına nail olmaqla yanaşı, həm də milli-mənəvi, əxlaqi dəyərlərin deqredasiyası təhlükəsinin qarşısını alındı.

Azərbaycanın mövcudluğu, müstəqilliyi təhlükə altında olduğu bir zamanda Ulu Öndərin hakimiyyətə yenidən qayıdışının Azərbaycanın böyük təhlükələrdən xilasının, stabilliyə, əmin-amanlığa açdığı yoldur.  15 İyun Milli Qurtuluş Gününün Azərbaycan dövlətçiliyinin tarixindəki dərin mahiyyəti davamlı ideoloji iş kimi qiymətləndirilir. Ulu Öndərin qayıdışı Azərbaycanı siyasi oyunlardan, daxili çəkişmələrdən, vətəndaş müharibəsi təhlükəsindən xilas etdi, onun yürütdüyü müdrik daxili və xarici siyasət nəticəsində  hüquqi, demokratik və dünyəvi dövlət möhkəm siyasi ideoloji bazaya malik oldu. Müstəqillik  tariximizin ən şərəfli, ən müqəddəs bayramlarından olan 15 İyun Milli Qurtuluş Günündən ötən 29 il Azərbaycanın qurtuluş və zəfər dövrüdür. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, inkişafın sarsılmaz təməlləri qoyuldu. Artıq Azərbaycan xalqı Qurtuluş Gününü fərqli əhval-ruhiyyə ilə qeyd edir. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu Vətən müharibəsində parlaq Qələbə qazanaraq işğal altındakı torpaqlarımızı azad edib, ölkəmizin ərazi bütövlüyü təmin olunub. Ulu Öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. Ümummilli Liderin məcburi köçkünlər qarşısında çıxışlarının birində böyük inamla söylədiyi bu sözlər yada düşür: “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu – biz onlarsız yaşaya bilmərik”.

Ulu Öndər Heydər Əliyevin arzuları reallaşdı, Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi. Bu gün Şuşada, Laçında, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə üçrəngli bayrağımız əzəmətlə dalğalanır. Artıq  2 ildir Azərbaycan xalqı Qurtuluş Gününü fərqli əhvali-ruhiyyə ilə qeyd edir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu Vətən müharibəsində parlaq Qələbə qazanaraq işğal altındakı torpaqlarımızı azad edib, ölkəmizin ərazi bütövlüyü təmin olunub. Ulu Öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi və bu arzular artıq reallığa çevrilib.

Ümummilli  lider Heydər Əliyevin tövsiyə etdiyi kimi, ölkəmizin bu günü, gələcəyi naminə təşəbbüskarlıq, əzmkarlıq göstərmək, daha səmərəli, uğurlu layihələr həyata keçirərək doğma Vətənimizin, şəhərimizin inkişaf və tərəqqisinə layiqli töhfələr vermək hər birimzin borcudur.

 

Zərdab rayon Heydər Əliyev Mərkəzinin fond mühafizi Nicat Əhmədzadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

image-huquq-az-logo