image-qanunla-reklam
image-image_750x_5d03b6cc41a0c

Müstəqilliyimizin memarı

image-lady-day-az

Müstəqilliyimizin memarı.

 Hər bir xalqın uzaq və yaxın keçmişində onun taleyinə həlledici təsirgöstərmiş, ölkəsinin adını bəşər tarixinə şərəflə həkk etmiş, əsrlərboyu formalaşmış milli-mənəvi dəyərləri qorumaqla dövlətiningələcəyini uğurla müəyyənləşdirmiş dahilər yetişmişdir.Azərbaycanxalqı da xoşbəxtdir ki, ona taleyinin ən ağır və çətin dövrlərində millimaraqları hər şeydən üstün tutan, zəkası, dühası və istedadı ilə tarixyazan, bütün ömrünü doğma xalqının firavan gələcəyi naminəmübarizəyə həsr edən Heydər Əliyev kimi dahi şəxsiyyət öndərliketmişdir. Müasir Azərbaycan dövlətinin qurucusu, xalqın, dövlətinmüstəqilliyi və inkişafı naminə böyük və əvəzedilməz işlər görmüşÜmummilli Lider Heydər Əliyev taleyüklü problemləri həll edənxilaskar tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradanşəxsiyyət olmuşdur.Ulu Öndər Heydər Əliyev zəngin, mənalı və şərəfli ömüryaşamışdır. Qısa zaman kəsiyində xalqımızın uzun əsrlər boyu uğrunda usanmadan çarpışdığı ən ümdə haqqını reallığa çevirmişdir. Azərbaycanı ən yüksək məqama – əbədi və dönməz müstəqilliyəqovuşdurmuş, dövlətimizin dünya birliyində mövqeyinigücləndirmişdir.Ümummilli Lider bütün həyatını canından çoxsevdiyi Azərbaycanın rifahına və tərəqqisinə, müstəqildövlətçiliyimizin möhkəmlənməsinə və davamlı inkişafına həsretmişdir. İstər sovet dönəmində, istərsə də müstəqillik illərindəHeydər Əliyev uzaqgörən siyasəti, yüksək intellekti, güclü siyasi iradəsi, böyük əzmkarlığı və fədakarlığı ilə üzərinə düşən xilaskarlıqmissiyasının öhdəsindən layiqincə gəlmiş, adını Azərbaycan tarixinə qızıl hərflərlə yazmışdır.

Bir faktı demək kifayətdir ki, Heydər Əliyev 1969-cu ildə siyasirəhbərliyə gəlişi ilə sovet imperiyası tərəfindən illərlə milligenofondu, intellektual elitası məhv edilmiş, milli ruhu sarsılmış vəadət-ənənələrindən uzaq düşmüş bir toplumu yenidən dirçəltdi vəinkişafını təmin etdi.1994-cü ildə ölkəmizin iqtisadi inkişafinda müstəsna rolu olan Azərbaycanın şaxələndirilmiş enerjisiyasətinin əsasını təşkil edən “Əsrin müqaviləsi” imzalandı. Heçşübhəsiz ki, bunu yalnız Heydər Əliyev kimi güclü iradəyə, böyükdövlətçilik bacarığına və xalqın sonsuz dəstəyinə malik fenomenşəxsiyyət, qüdrətli lider bacara bilərdi.Ümummilli Lider Heydər Əliyev gənclərinixtisaslı milli kadr kimi yetişməsi məsələsini ön plana çəkmişdir ki,bu da dahi şəxsiyyətin böyük uğurlarından hesab edilir.Ulu Öndərinböyük uzaqgörənliklə və çoxşaxəli fəaliyyətinin nəticələrinə olanəminliyi ilə söylədiyi “İnanıram ki, müstəqil Azərbaycan Respublikası21-ci əsrdə həyatın bütün sahələrində geniş inkişaf edən, çiçəklənənbir ölkə kimi böyük uğurlar qazanacaqdır” fikrinin çox keçmədəngerçəkləşməsinə şahid olmağımız hər birimizdə böyük sevinc vəfəxarət hissləri yaradır.

 

Zərdab rayon Hüseynxanlı kənd ümumi orta məktəbin direktoru Məkkə Həmidova.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

image-huquq-az-logo