image-qanunla-reklam
image-ulu-c3b6ndc999r-haydar-aliyev

Ulu Öndərin qurtuluş missiyası

image-lady-day-az

Ulu Öndərin qurtuluş missiyası.

 Tarixən böyük siyasi liderlər ən böhranlı çətin anlarda bir xalqın xilaskarına çevrilir. Ulu Öndər Heydər Əliyev belə şəxsiyyətlərdən biri idi. Heydər Əliyev ən çətin, ən böhranlı bir vaxtda bütün məsuliyyəti öz üzərinə götürərək bütöv bir xalqın, millətin xilaskarına çevrildi. Heydər Əliyevin həyatı və irsi barədə düşünərkən gözlərimizin önündə onun heyrətamiz intelekti, işıqlı ideyaları, alicənablılığı, geniş ürəyi, dərin ağlı, dəmir iradəsi, qüvvətli ruhu, coşqun enerjililiyi, əzmkarlılığı, uzaqgörənliliyi, müdrikliyi canlanır. Böyük İnsan, Müdrik Xilaskar Heydər Əliyevin nüfuzu və əməli fəaliyyəti nəticəsində Azərbaycan öz müstəqilliyinə, azadlığına qovuşdu. 1993-cü ilin iyununda xalqının ən ekstremal, çətin və millətin taleyi baxımından məsuliyyətli dönəmində xalqın təkidi və istəyi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycan xalqı üçün yeni bir dönəm başladı. Parlaq zəkası, dövlətçilik təcrübəsi, yenilməzliyi və cəsarəti ilə müstəqil Azərbaycan dövlətini məhvolma təhlükəsindən qoruyub saxlayan, onu yaşadan və bu dövlətin bütün atributlarını qurub-yaradan Heydər Əliyevin Vətən və xalq qarşısında xidmətləri əvəzsizdir. Heydər Əliyevin hakimiyyətə qayıdışı – müstəqilliyimizin qorunub saxlanılmasında, Azərbaycanın dünyada tanıdılmasında və qəbul edilməsində, uzun illər ərzində davamlı inkişafın təmin olunması istiqamətində yorulmadan çalışması nəticəsində bu gün Azərbaycan ən öndə gedən ölkələr siyahısındadır. Vətənini, xalqını sevən Ulu Öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. Heydər Əliyev Azərbaycanın parlaq və firəvan gələcəyinə, inkişafına öz varlığı qədər inanırdı. Çünki onun təməlini qoyduğu bu siyasi kurs və iqtisadi inkişaf modeli dərin elmi əsaslara və qabaqcıl dünya təcrübəsinə söykənirdi.Bu gün Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursunu dönmədən, ardıcıl və layiqli şəkildə həyata keçirir və Azərbaycan Respublikası bu gün sözün əsl mənasında öz möhtəşəm inkişaf dövrünü yaşayır.

 

Zərdab rayonu Əlibəyli kənd tam orta məktəbin direktoru Əliyeva Kəmalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki