image-qanunla-reklam
image-15947149003604752608_1200x630

Dövlətçillik tariximizin şanlı qürur səhifəsi

image-lady-day-az

Dövlətçillik tariximizin şanlı qürur səhifəsi

1993-cü ildə respublikamız çətin sınaqlarla üz-üzə qalanda da xalq yeganə xilaskar kimi Heydər Əliyevi rəhbərlikdə görmək istədi. 29 il əvvəl, iyun ayında Naxçıvandan Bakıya gələn Heydər Əliyev öz zəkası, müdrikliyi və qətiyyətilə respublikamızı məhvolmadan xilas etdi, müstəqilliyimizi qorudu və müasir Azərbaycan dövlətinin müəllifinə çevrildi. Azərbaycan bu gün də Heydər Əliyev ideyalarından ilham alaraq inkişaf edir, güclənir, dünyanın nüfuzlu ölkələri ilə bir sırada dayanır.

Ulu Öndər Heydər Əliyev xalqın milli nailiyyət simvoluna çevrilmiş tarixi şəxsiyyətdir. Onun rəhbərliyi altında əldə olunan uğurların ən mühümü məhz qurub yaratdığı müstəqil Azərbaycan dövlətidir. Ümummilli Lider şərəfli ömür yolu ilə tərcümeyi-halını böyük bir xalqın tarixinə çevirməyi bacarmış dünya miqyaslı şəxsiyyətdir. Yer üzünün ən müxtəlif qütblərində yaşayan milyonlarla soydaşımızı milli ideyalar ətrafında bir araya gətirən rəmzdir.

Heydər Əliyev Azərbaycana iki dəfə rəhbərlik edib. Hər iki dövr ölkəmiz və xalqımız üçün taleyüklü mərhələ, çətin sınaqların, böyük böhranın yaşandığı dövr idi. Onun sovet Azərbaycanına rəhbərlik illəri ölkə həyatında sözün əsl mənasında yeni bir intibah mərhələsinin başlanğıcı idi. Ulu Öndər keçmiş SSRİ-nin inkişaf baxımından ən geridə qalmış, insanları kasıblıq, qıtlıq içində min-bir zillət çəkən ölkəsini təhvil aldı. Amma cəmi bir neçə il içərisində Azərbaycanı ittifaqın ən qabaqcıl respublikalarından birinə çevrildi.

20-ci əsrdə xalqımızın yetirdiyi fenomenal tarixi şəxsiyyət Ümummilli Lider Heydər Əliyev müasir Azərbaycan dövlətinin ideoloji-siyasi əsaslarını tarixi irs və ənənə əsasında yaradaraq praktik surətdə gerçəkləşdirmiş böyük strateq kimi xalqın əbədi və tükənməz sevgisini qazanmışdır. Heydər Əliyev dühasının mənalı ömür yolunun hər anı, hər səhifəsi bugünkü və gələcək nəsillərə nümunə olacaq canlı və unudulmaz tarixdir. Hakimiyyətdə olduğu müddətində Ulu Öndər Heydər Əliyev xalqının tarixi mənafeyi uğrunda əzmlə mübarizə aparmış, ictimai-siyasi proseslərdə daim yeri olmuşdur.Azərbaycanda nə vaxt çətinlik yaranıbsa, ölkə nə zaman çətin duruma düşübsə, sanki tale Heydər Əliyevi bu xalqın imdadına yetirib. Xalqımızı, vətənimizi, ölkəmizi bu çətinliklərdən, fəlakətlərdən xilas etmək sanki onun qismətinə yazılmışdı.

1993-cü ildə ölkə çətin vəziyyətə düşdükdə, vətəndaş müharibəsi başladıqda, dövlət müstəqilliyi üçün təhlükə genişləndikdə xalqımızın təkidi və tələbi ilə Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəlməklə yenə də millətin, ölkənin dadına yetdi. Azərbaycanı bəlalardan xilas etdi.

Azərbaycanın inkişafının böyük mərhələsi Ümummilli Liderin adı ilə bağlıdır. Heydər Əliyevdən sonra möhtərəm cənab Prezident İlham Əliyev də Ulu Öndərin siyasətini uğurla davam etdirir. Ölkəmiz bu gün də böyük nailiyyətlərə imza atır. Möhtərəm Prezidentin rəhbərliyi altında respublikamız, xalqımız, vətənimiz gələcəkdə də böyük uğurlar qazanacaqdır.

Azərbaycanı belə bir ucalıqda görmək Heydər Əliyevin də ən böyük arzusu idi. Əminik ki, nə qədər ki Azərbaycan var Heydər Əliyev ideyaları da yaşayacaq, ölkəmizi və xalqımızı daha böyük zirvələrə, nailiyyətlərə aparacaqdır.

 

Zərdab rayon Z.Məmmədov adına Kəndəbil kənd tam orta məktəbin psixoloqu Aygün Abdullayeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

image-huquq-az-logo