image-qanunla-reklam
image-16032037165829661513_1000x669

Azərbaycan dünyanın aparıcı enerji şirkətləri olan “ACWA POWER ” və “MASDAR” şirkətləri ilə əməkdaşlıq edir

image-lady-day-az

Azərbaycan dünyanın aparıcı enerji şirkətləri olan “ACWA POWER ” və “MASDAR” şirkətləri ilə əməkdaşlıq edir

 Son illərdə aparılmış islahatların bir hissəsi bərpaolunan enerji istehsalı ilə bağlıdır. Bu sahədə bir sıra təşəbbüslər uğurla reallaşdırılıb və bərpaolunan energetika sahəsi son dövrlərdə yaşıl iqtisadiyyatın inkişafında önəmli yer tutub. Bu gün, burada xarici şirkətlərlə yeni müqavilələrin imzalanması bu sahədə atılan ciddi addımlardan biridir. Bu müqavilələr Azərbaycana sərmayə yatırılmasını nəzərdə tutur ki, bu da ilk növbədə milli iqtisadiyyatımıza stimul verəcək, yeni iş yerləri açılacaq. Bu layihələr ölkəmizin enerji dayanıqlılığını təmin edəcək.

ACWA Power” şirkətinin İdarə heyətinin sədri Mohammad Abunayyan bildirmişdir ki, “Azərbaycan hökuməti ilə bu müqaviləni imzalamaqdan qürur duyuruq. Bu layihə Azərbaycanda enerji mənbələrini şaxələndirmək məqsədilə bərpa olunan enerjinin payının artırılmasına töhvə verərək Azərbaycan hökumətinin yeni xidmət sahələri, sənaye sektorları və münasib iş imkanlarının yaradılması ilə bağlı təşəbbüslərini dəstəkləyəcəkdir.”

“Dünyanın 30-dan çox ölkəsində bərpa olunan enerji layihələrinin reallaşmasında aparıcı rol oynayan “Masdar” şirkətinin 200 MVt-lıq günəş layihəsini həyata keçirmək üçün Azərbaycan ilə tərəfdaşlığı hər birimizi sevindirir.

Biz əminik ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın bütün regionlarında, həmçinin işğaldan azad olunmuş torpaqlarımızda bütün sahələr daim inkişaf edəcəkdir.

 

Babayeva Süsənbər – Zərdab rayon Hüseynxanlı kənd ümumi orta məktəbin müəllimi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki