image-qanunla-reklam
image-gorusme

Türkiyə- Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir

image-lady-day-az

Türkiyə- Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir.


 Türkiyə və Azərbaycan qardaş, dost ölkədir və Azərbaycan –Türkiyə arasındakı dostluq, qardaşlıq münasibətləri dərin tarixi köklərə malikdir. Türkiyə və Azərbaycan öz tarixlərinin ən çətin dövrlərində bir-birinə qardaş dəstəyi nümayiş etdirmişdir. İki dövlət arasındakı bu dostluq, mehribançılıq, qarşılıqlı sıx əməkdaşlıq, qarşılıqlı anlaşma təkcə Azərbaycan və Türkiyənin deyil, ümumilikdə regionun gələcək taleyində müsbət dinamika yaradır. 44 günlük Vətən müharibəsində də bütün ölkələr bir daha gördü ki, istər müharibədə, istərsə də sülh şəraitində qardaş Türkiyə Azərbaycanın yanındadır. Qardaş Türkiyə və Azərbaycan rəsmən müttəfiqlik zirvəsinə ucaldı. Bu müttəfiqlik hər yerdə – siyasətdə, iqtisadi əlaqələrdə, enerji, nəqliyyat layihələrin həyata keçirilməsində, mədəniyyətdə, təhsildə, ordu quruculuğu sahəsində özünü göstərir. Türkiyə və Azərbaycan arasındakı əlaqə yüksələn xətlə inkişaf edir və gələcəkdə də inkişaf edəcək, regionda sülh və sabitliyin təminatçısı olacaq. Türkiyə və Azərbaycan arasındakı əlaqə ölkəmizin rifahına, işıqlı sabahına zəmin yaradacaq.

 

Zərdab rayonu Əlibəyli kənd tam orta məktəbin müəllimi- Rüstəmova Aliya


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

image-huquq-az-logo