image-qanunla-reklam
image-img-20230119-wa0021

30-a yaxın Cəlilabad sakini müraciətlərini SOCAR “Azəriqaz” İB-yə “Açıq mikrofon” vasitəsilə ünvanladı

image-lady-day-az

Cəlilabad rayonunun 30-a yaxın sakini müraciətlərini ünvanlamağın yaxın yolunu “Səyyar qəbul otağı”na gəlməkdə görüb.

Qanunla.Az xəbər verir ki, səslənən müraciətlərin əksəriyyəti bəzi kəndlərin qazlaşdırılması istəyinə aid olub. Buna misal olaraq Kürdlər, Alaşar, Mirzəli və Cəngan kəndlərindən qatılan sakinlərin çıxışını göstərmək olar. Bundan başqa rayonun Azərbaycan küçəsində yerləşən çoxmənzilli binanın qazlaşdırılması xahiş edən də olub. Şamil Əsədovun bu müraciəti qısa zaman ərzində baxılması üçün aidiyyəti üzrə yönləndirilib. “Açıq mikrofon” aksiyasında çıxış edən Nurəddin Abıyevlə Malik Əmirov qaz xəttinin yerinin dəyişdirilməsini istəyiblər. Görüşdə səsləndirilən hər bir müraciət Lənkəran RQİİ-nin rəhbər şəxsləri tərəfindən qeydə alınıb.

Bəzi problemlərin həll edilməsi istiqamətində müxtəlif göstərişlər verilib.

image-img-20230119-wa0019 image-img-20230119-wa0020 image-img-20230119-wa0021 image-img-20230119-wa0022


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki