image-qanunla-reklam
image-1671776814-1664349115_1664349053237

16 yaşlı qızın toyunda iştirak edən polislə bağlı araşdırma başlanıldı

image-lady-day-az

Ucarda yetkinlik yaşına çatmayan qızın toyu olub. Toy məclisi Qaracallı kəndində dekabrın 17-də baş tutub.

Qanunla.az xəbər verir ki, toy məclisinin görüntüləri sosial şəbəkələrdə yayılıb. İddia edilir ki, məclisdə Elçin Neymanov adlı polis əməkdaşı da mülki geyimdə iştirak edib.

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov bildirib ki, həmin toy məclisində iştirak edən Ucar Rayon Polis Şöbəsinin əməkdaşı E.Neymanov barəsində də xidməti yoxlamalar aparılır:

“Azyaşlının erkən nikaha daxil olması ilə bağlı Ucar Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb. Aparılan araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki