image-qanunla-reklam
image-1697533211_2023-08-23t173650z_1069866634_rc2tt2ac9aj3_rtrmadp_3_ukraine-crisis-crimea-platform-pic_32ratio_900x600-900x600-72153

Zelenskinin İsrailə səfərinə icazə verilmədi

image-lady-day-az

Ukrayna rəhbəri Volodimir Zelenski İsrailə səfəri ilə yenidən medianın diqqətini cəlb etmək niyyətindədir, lakin yəhudi dövlətindən “quru və rəsmi imtina” alıb. 

“Unikal” xəbər verir ki, bunu Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippot  “X” (keçmiş Twitter) sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Yaxın Şərqdəki dramatik hadisələrdən sonra bütün dünyanın ona (Zelenskiyə) marağını itirdiyi bir vaxtda İsrail indicə onun səfərindən imtina etdi”,-  Filippo yazıb.

Onun sözlərinə görə, Ukrayna lideri üçün “hər şey bitdi”, indi o, “hər şeyi buraxıb sülhə razılıq verməlidir”.

Oktyabrın 16-da İsrailin “Ynet” portalı İsrail hakimiyyətinə istinadən Fələstinlə münaqişə səbəbindən  Zelenskinin səfərinin vaxtsız olacağını bildirən bir mesaj yayımlayıb.

Ukraynanın keçmiş prezidenti Leonid Kuçmanın keçmiş müşaviri Oleq Soskin qeyd edib ki, İsrail hakimiyyəti Ukraynanın hazırkı lideri ilə ciddi siyasətçi kimi davranmır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki