image-qanunla-reklam
image-1691733917_jsds-pic_32ratio_900x600-900x600-10701

Yayda niyə yata bilmirik? – AÇIQLAMA

image-lady-day-az

Tibb elmləri namizədi, nevroloq-somnoloq Yelena Çareva yayda insanın niyə daha pis yuxuya getdiyini və daha az yata bildiyinin səbəblərini açıqlayıb.

“Qanunla.az” xəbər verir ki, o, “Sputnik” radiosuna müsahibəsində yuxu rejimini normallaşdırmağın yollarını da açıqlayıb.

Onun sözlərinə görə, yuxuya getməkdə çətinlik yataq otağında havanın tıxanması və həddindən artıq yüksək temperatur səbəbindən baş verə bilər. Həkim yatmazdan əvvəl otağı yaxşıca havalandırmağı tövsiyə edib.

Çareva əlavə edib ki, çox tərləməyə səbəb olan keyfiyyətsiz yataq dəstləri də yuxu pozğunluğuna səbəb ola bilər.

Somnoloq yayda təbii, “nəfəs alan” parçalardan hazırlanmış yataqlardan istifadə etməyi məsləhət görür.

Həkim qeyd edib ki, havaların isti keçməsi ilə əlaqədar orqanizmdə su-elektrolit balansı pozula bilər ki, bu da yuxusuzluğa səbəb olur. Bunun qarşısını almaq üçün daha çox su içmək və kofeinli içkilərin istehlakını məhdudlaşdırmaq lazımdır.

İşıqda yatmaq da yuxu keyfiyyətinə mənfi təsir göstərə biləcək başqa bir amildir. İşığın gözün tor qişasına təsiri orqanizmin daha az həcmdə melatonin hormonu istehsal etməsinə gətirib çıxarır ki, bu da yuxuya getməyə və yuxu müddətinə təsir göstərir. Həddindən artıq işıq problemini həll etmək üçün həkim yuxu maskasından istifadə etməyi tövsiyə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki