image-qanunla-reklam
image-media-1431671-ynpmwvez78lt659fsgaq

Yaşanmış faciə

image-lady-day-az

Yaşanmış faciə.

Xocalı faciəsi Azərbaycan xalqına qarşı törədilmiş dəhşətli bir soyqırımıdır. Hücum öncəsi, yəni fevralın 25-i axşam şəhər toplardan və ağır artileriyadan şiddətli atəşə tutulmuşdur. Nəticədə, fevralın 26-sı səhər saat 5 radələrində xocalılar səhəri tam alova bürünmüş şəkildə açmışdır. Mühasirədə qalmış şəhərdə təqribən 2500 nəfər xocalılı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhərdən çıxmışlar. Lakin bir günündə yer üzündən silinən şəhəri tərk edən sakinlərdən 613-ü düşmən gülləsinə tuş gələrək qətliamın qurbanına çevrilmişdir. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 nəfər Xocalı sakini qətlə yetirilmiş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmişdir. Düşmən gülləsi ilə yaralanan 487 nəfərdən 76-sı azyaşlı idi. 1275 Xocalı sakini əsir, 150 nəfəri isə itkin düşmüşdür.

1994-cü ildən dövrün Azərbaycan prezidenti ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan hökuməti və parlamenti murdar erməni millətçilərinin Azərbaycan xalqına qarşı törətdikləri çirkin cinayətlər, həmçinin Xocalı soyqırımı haqqında həqiqətləri bütün miqyası və dəhşətləri ilə dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırmaq, bunların soyqırımı siyasəti kimi tanınmasına nail olmaq üçün ardıcıl tədbirlər görmüşdür. Məqsəd Xocalı faciəsinə beynəlxalq hüquqi, siyasi qiymət verilməsinə, onun təşkilatçılarının, ideoloqlarının və icraçılarının dünya ictimaiyyətinin gözündə ifşasına və cəzalandırılmasına nail olmaqdır. Bu fəaliyyətlər Xocalı müdafiəçilərinin və şəhidlərinin ruhu qarşısında bizlərin insanlıq və vətəndaşlıq borcudur.

 

Telman Ağayev

Saatlı rayon Heydər Əliyev Mərkəzinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki