image-qanunla-reklam
image-1691646123_pence-kilit-operasyonu-bolgesinde-sehit-sayisi-4-16212937_1071_m

Türkiyə ordusu 4 şəhid verdi

image-lady-day-az

Türkiyənin iki hərbçisi İraqın şimalında Pəncə-Kilid əməliyyatı bölgəsində terrorçularla mübarizə zamanı şəhid olub, daha üç əsgər isə ağır yaralanıb.  

Qanunla.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki,  xəstəxanaya yerləşdirilən hərbçilərdən ikisi də bu gün şəhid olublar. Bununla da terrorçulara qarşı keçirilən əməliyyatda Türkiyə 4 şəhid verib.

Ölkənin milli müdafiə naziri  Yaşar Gülər ​​başsağlığı mesajında: “Qəhrəman silahdaşlarımız, leytenant Fatih Uğur Altınbaş, çavuş Kamal Özek şəhid olarkən, çavuş Uğur Özdemir və əsgər Mahmut Üçdağ  şəhid olublar. Öz adımdan və Milli Müdafiə Nazirliyinin üzvləri adından qəhrəman şəhidlərimizə Allahdan rəhmət diləyirəm, kədərli ailələrinə və soylu millətimizə başsağlığı və səbr diləyirəm”, – bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki