Rusiyanın xarici işlər naziri Sergey Lavrov İndoneziyanın paytaxtı Cakartaya yola düşüb.
“Qanunla.az” Rusiya mediasına istinadən xəbər verir ki, Lavrov Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) himayəsi altında keçirilən tədbirlərdə iştirak etmək üçün Cakartaya uçub.
İyulun 12-də Sergey Lavrov Laos və İndoneziya xarici işlər nazirləri ilə görüşlər keçirəcək. Onun ASEAN-ın baş katibi ilə də görüşü nəzərdə tutulub.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.