image-qanunla-reklam
image-1692422683whatsapp-image-2023-08-18-at-204819

Şəkidəki ağır qəzada bir ailənin 4 üzvü həlak olub – ADLAR

image-lady-day-az

Şəkidə ağır yol qəzasında həlak olan bir ailənin dörd üzvünün şəxsiyyəti məlum olub. 

“Qanunla.az”ın məlumatına görə, ata və üç övladı aldığı müxtəlif dərəcəli ağır bədən xəsarətlərindən hadisə yerində ölüb, ana isə ağır vəziyyətdə Şəki Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Ölənlər:

Ata – 1989-cu il təvəllüdlü Nicat Namiq oğlu Mirzəyev Şəki şəhər sakini.

Övladları  – 2012-ci il təvəllüdül Nuray Mirzəyeva, 2013-cü il təvəllüdlü Aysun Mirzəyeva və 2021-ci il təvəllüdlü Uğuz Mirzəyev.

Yaralı:

Ana – 1992-ci il təvəllüdlü Qızxanım Nürəddin Mirzəyeva.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki