image-qanunla-reklam
image-1655788314_38436056_403

Rusiyalı jurnalist Nobel medalını 103 milyona hərraca çıxardı

image-lady-day-az

“Novaya qazeta”nın rusiyalı baş redaktoru Dmitri Muratov Nobel Sülh Mükafatı medalını 103,5 milyon dollara hərraca çıxarıb.

“Qanunla.az” xəbər verir ki, Dmitri Muratov satışdan əldə olunan bütün pulları Ukraynadakı müharibədən qaçan qaçqınlara yardıma xərclənəcəyini bildirib

Muratov 2021-ci ildə Rusiyada ifadə azadlığını müdafiə etdiyinə görə birgə sülh mükafatına layiq görülüb.

Satışı həyata keçirən “Heritage Auctions” şirkəti qalibin kim olduğunu açıqlamayıb.

“Heritage Auctions”dan verilən açıqlamada qızıl medalın Nyu-Yorkda satışının UNICEF-in Ukraynanın köçkün uşaqlara göstərdiyi humanitar yardımdan faydalanacağı bildirilib.

Bildirək ki, “Novaya qazeta” öz fəaliyyətini mart ayında, Rusiyanın Ukraynaya müdaxiləsindən az sonra dayandırmışdı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki