Dünyanın ən böyük podşipnik (yastıq) istehsalçılarından biri olan İsveçin SKF şirkətinin Lutskdakı (Ukrayna – red.) zavodu raket atəşinə məruz qalıb.
“Qanunla.az” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
“Dünən gecə Ukraynanın Lutsk şəhərinə hücum olub və bu hücum nəticəsində zavodumuz zədələnib. Üç həmkarımızın öldürüldüyünü böyük kədərlə təsdiq edirik”, – deyə şirkətin sözçüsü Karl Byornstam bildirib.
O əlavə edib ki, şirkət atəş nəticəsində zavoda dəymiş ziyanı qiymətləndirir, lakin bunun ilk növbədə işçilərə və onların təhlükəsizliyinə yönəldiyini vurğulayıb.
Şirkətin son hesabatına görə, onun Ukraynada 1100-ə yaxın işçisi var ki, onların da əksəriyyəti Lutskdakı zavodda çalışır.