image-qanunla-reklam
image-1689396154_qeza

Qəbələdə ağır qəza – Ölənlər var

image-lady-day-az

Qəbələ rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.  

“Qanunla.az”ın məlumatına görə, hadisə gecə saatlarında rayonun Nohurqışlaq kəndi ərazisində baş verib.

Belə ki, hərəkətdə olan iki minik avtomobili toqquşub, nəticədə hər iki nəqliyyat vasitəsinin sürücüləri 1966-cı il təvəllüdlü Akif Qara oğlu Abdurrəhmanov və 1988-ci il təvəllüdlü Anar Vüqar oğlu Nəsrullayev hadisə yerində ölüblər.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki