image-qanunla-reklam
image-heydar_aliyev1

Peşəkarlıq və Vətənə sadiqlik

image-lady-day-az

Peşəkarlıq və Vətənə sadiqlik

Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaqdır. Ulu Öndər Heydər Əliyev öz xilaskarlıq missiyasının öhdəsindən yüksək səviyyədə gəlmişdir. Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Ulu Öndər güclü xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimi idi. Ümummilli Lider hakimiyyətə gəlişinin ilk illərin dən etibarən ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, ölkədəki qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir. Xalqın təkidli tələbi ilə  1993-cü ildə hakimiyyətə gələn Ulu Öndər qısa müddət ərzində müstəqil Azərbaycan Respublikasının xarici siyasətində böyük dönüş yaratdı və uğurlar əldə etdi. Məhz bundan sonra dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları Azərbaycana ciddi diqqət yetirməyə başladı və ölkəmiz beynəlxalq aləmdə güc və nüfuz sahibinə çevrildi. Ümummilli Lider Heydər Əliyevin qısa bir vaxtda bu qədər işlərin görməsini şərtləndirən əsas amil dahi şəxsiyyətin vətənə sadiqliyi və xalqın  Ulu öndərə olan məhəbbəti və inamı dayanırdı.

Zərdab şəhəri Fəal gənc Mətanət Qasımova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki