Müstəqilliyimizin memarı.
Müstəqillik və azadlıq bütün xalqlar və millətlər üçün ən müqəddəs nemətdir. Tarix boyu Azərbaycan xalqı olaraq azadlığımızın, müstəqilliyimizin yolunu illərlə gözləmiş, bu yolda mübarizə apararaq minlərlə şəhid vermişik. Bizlər bu gün dərindən anlayırıq ki, azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq daha da ağırdır.
Müdrik şəxsiyyət Heydər Əliyev canından artıq sevdiyi Azərbaycanı qorumaq üçün bütün mümkün imkanlardan istifadə etdi, zəkasına güvənərək xalqı birlik və həmrəyliyə çağırdı.
Görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə müstəqi ldövlət təsisatlarının yaranması və dövlət quruculuğu prosesi böyük vüsət almışdı. Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla həyata keçirilməsi şəxsən Ulu Öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır.
Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaranmış, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlanmışdır.
Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Bu gün əminliklə deyə bilərik ki, ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir.
Azərbaycanı qorumaq, saxlamaq, dövlətçiliyimizi möhkəmləndirmək və inkişaf etdirmək yolları hamar olmasa da Ümummilli lider Heydər Əliyev zəkası ilə bütün çətinliklərə qalib gəlmək əzmində olduğunu sübut etdi. Onun fəaliyyəti dövründə Azərbaycan milli intibah zirvəsinə qədəm qoydu, tükənməz əzmi hesabına ölkəmizdə yeni iqtisadi, siyasi, hüquqi təsisatlar yaradıldı, mühüm islahatlar həyata keçirildi, sosial-iqtisadi proqramların qəbulu ilə nəhəng quruculuq prosesinin sürətlənməsi üçün real imkanlar yarandı və Azərbaycanın inkişaf parametrləri düzgün istiqamətləndirildi.
Bu gün dahi şəxsiyyət Heydər Əliyevin ideyaları yaşayır və xalqımıza düzgün yol göstərir. Azərbaycan dövləti ulu öndərimizin layiqli siyasi varisi cənab İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələrə doğru inamla irəliləyir. Bundan sonrada ölkənin uğurlu inkişafı üçün əlindən gələni edəcəyinə söz verən dövlət başçısı İlham Əliyev demişdir: “Bizim siyasətimiz Azərbaycan xalqının maraqlarına xidmət göstərir. Azərbaycan xalqının maraqlarının qorunması, Azərbaycan dövlətinin möhkəmləndirilməsi, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi mənim üçün və bilirəm ki, hər bir Azərbaycan vətəndaşı üçün ən başlıca vəzifədir, ən başlıca məqsəddir”.
Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Dilarə Hacızadə