image-qanunla-reklam
image-1654593880_mk_16_9_1654588136-670x371

Məşhur narkobaron həbsxanadan qadın paltarı geyinərək QAÇDI

image-lady-day-az

Latın Amerikasının məşhur narkotik qruplarından birinə rəhbərlik edən “Cute Chubby” ləqəbli Sezar Ortiz Paraqvaydakı yüksək rejimli həbsxanadan qaçıb.

Qanunla.az xəbər verir ki, Ortizin mayın 29-da ölkənin paytaxtı Asunsondakı məşhur Tacumbu Milli Həbsxanasından qadın paltarı geyinərək azadlığı çıxmağı bacarıb.

Çox keçməyib ki, narkobaron həbsxanadan bir neçə küçə aralıda yaxalanıb. Paraqvay səlahiyyətliləri Ortizin həbsxanadan qaçma görüntüsünü paylaşıb.  Görüntülərdə  onun yubka və kofta ilə yanaşı, dırnaqlarına ağ dırnaq boyası sürdüyü, saxta kirpiklər və parik taxdığı və üzünə makiyaj etdiyi də əks olunub.

Ortiz tutulduqdan sonra Asunsiondan 32 mil məsafədə yerləşən Emboscada Milli Həbsxanasına aparılıb. Polis Ortizin qaçmasına kömək etdiyi iddia edilən daha üç nəfəri də həbs edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki