image-qanunla-reklam
image-xdcrbmcjhqdeajb8cbhf

Məhkəmə sistemimiz 150 il geridə qalıb: “Hakimlərə təzyiqlər çox olur”

image-lady-day-az
“Cəmiyyətimizdə ədalətli qərar verən hakimləri sıxışdırırlar”
 
“Toplum olaraq da cəmiyyətimiz ədalətsizdir. Buna görə də ədalətsiz məhkəmə sistemi formalaşır və bərbad vəziyyətdədir”
 
 
Milli Məclisin ötən gün keçirilən iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri müavini Qüdrət Həsənquliyev ölkədəki məhkəmə hakimiyyətindən danışıb. Deputat bildirib ki, məhkəmə hakimiyyətinin gücləndirilməsi üçün görülən işlər yetərli deyil:
 “Çox təəssüf ki, biz iqtisadiyyatımızı azad rəqabətə əsaslanan bazar iqtisadiyyatına uyğun qura bilmirik.
Gəncənin İnzibati Məhkəməsi ilə əlaqədar süründürməçiliklə bağlı şikayətlər çoxdur. Məhkəmə nə iddiaçının xeyrinə, nə də ziyanına qərar qəbul edir. Buradan Məhkəmə Hüquq Şurasına müraciət edirəm ki, bu məhkəmənin fəaliyyəti araşdırılsın. Eyni zamanda Gəncə Apelyasiya Məhkəməsinin inzibati kollegiyası ilə bağlı şikayətlər var. Gəncə Azərbaycanın ən böyük ikinci şəhəridir. Biz orada zaman-zaman insanların incidilməsini görmüşük”.
 
Deputatın tənqidi fikirlərini “Sherg.az”a dəyərləndirən vəkil Adəm Məmmədov bildirib ki, Azərbaycan məhkəmə sistemi digər ölkələrlə müqayisədə çox geridə qalıb:
“Azərbaycan məhkəməsində ədalət gözləmək çox çətin məsələdir. Eyni zamanda, sübutlara qiymət verilməsi, tələblərin təmin olunması məsələlərində də vəziyyət bu yerdədir. Düzdür,  son dövrlərə baxanda nisbətən irəliləyiş hiss olunur. Amma cinayət işlərində çox bərbad vəziyyət var . Deyərdim ki, bizim indiki məhkəmə sistemi başqa ölkələrin 150 il əvvəlki məhkəmə sistemi ilə eynilik təşkil edir.
Hesab edirəm ki, deputatımızın  ya hansısa dostunun, ya da tanışının məsələsi ilə bağlı problem yaranıb və bu ədalətsizlik çox xətrinə dəyib. Amma biz hər gün ürəkağrısı ilə belə hadisələrlə qarşılaşırıq”.
 
Vəkil məhkəmə sistemini gücləndirmək üçün görülməli olan işlərdən danışıb:
“Hakimlərin sosial təminatları gücləndirilməli və əməkhaqqısı yüksəldilməlidir. Bütün təminatlar nəzərə alınmalıdır ki, hakim yalnız ədalət və düzgün qərar vermək haqqında fikirləşsin. Bütün bunlar təmin olunmayanda belə hallar yaranır. Eyni zamanda hakimlərə təzyiqlər çox olur. Cəmiyyətimizdə ədalətli qərar verən hakimləri sıxışdırırlar. Toplum olaraq da cəmiyyətimiz ədalətsizdir. Buna görə də ədalətsiz məhkəmə sistemi formalaşır və bərbad vəziyyətdədir”.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki